Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xoşbəxt olmaq istəyirsənsə, sevgilinin keçmişini araşdırma

Təbii ki, hər birimiz ailə qurarkən xoşbəxt olmaq istəyirik. Bu məsələdə qismətin böyük rolu olsa da, hər şeyi qismətə bağlamaq da düzgün deyil. Bu bizim sevdiyimiz insana qarşı olan diqqətimizdən, davranışlarımızdan da asılıdır. Ailə həyatınızın xoşbəxt və uzun müddət davam etməsini istəyirsizsə bir neçə məsələyə xüsusi diqqət yetirməlisiz.

Uzun evliliyin sirrlərindən biri zaman ayırmaqdır
İctimai mühit, iş və s səbələrə görə bəzən cütlüklər bir-birinə kifayət qədər vaxt ayıra bilmir. Bu da vaxt keçdikcə münasibətlərdə qırılmlara gətirib çıxarır.

Sevdiyiniz insanın keçmişi
Keçmişdə yaşanmış hər hansı bir xoş olmayan hadisəni mübahisə etdikdə qarşı tərəfin üzünə vurmaq münasibətlərdə böyük problemlər yaradır.

Özünə diqqət
Bəzən ailə qurduqdan sonar xanımlar özlərinə əvvəlki qədər diqqət ayırmır. Kişi həyat yoldaşını gözəl görmədiyi zaman isə digər qadınlara maraq göstərir.

Yalan
Boşanmalara səbəb kimi ailədə tərəflərin bir-birinə yalan deməsini misal çəkmək olar. Həyat yoldaşınıza dediyiniz “ağ yalan” olsa belə, bu mütləq bir konfiliktə səbəb olacaq.


Tarix: 06.01.2015 / 17:35 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Gəl, tanış olaq
loading...