Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

I Firuz

I Firuz (fars. پیروز یکم‎ tərcümədə "Qalib" deməkdir) — Sasanilər nəslinin 17-ci hökmdarı. (459—484), II Yezdəgirdin böyük oğlu.

Həyatı

Ağsuvar xan Sasani şahı I Yezdəgirdi özündən asılı vəziyyətə saldı və 459-cu ildə himayə etdiyi sasani vəliəhdi Firuzu Sasani taxtına çıxartmağa nail oldu. Firuz Ağ hunlardan asılılığı qəbul edərək, hər il onlara vergi verirdi. O, eyni zamanda Seyhun çayı ətrafındakı torpaqları Ağ hunlara güzəştə getmışdi. Lakin az sonra Firuz öhdəsinə götürdüyü şərtləri pozaraq, ağ hunlara qarşı yürüşə başladı. Sasani hökmdarlarının ikiüzlü siyasətinə bələd olan Ağsuvar xan bu yürüşün qarşısını almaq üçün əvvəlcədən tədbirlər görmüşdü. O, bütün hərbi qüvvələrini bir yerə toplayaraq döyüşə xeyli qoşun çıxardı, onları dağlıq əraziyə saldı. Onlar Turan taktikası ilə sasaniləri dar keçiddə tutdular. Dara düşən Firuz ağır vergi şərtlərini qəbul etdi. Ağsuvar ona cavab olaraq bunu göndərdi: "Gələrsən, əsgərlərinin də görəcəyi bir yerdə ayaqlarıma düşərək üzr dilərsən, ancaq onda çəmbəri qaldıraram". Sasani hökmdarı xaqanın ayaqlarına düşərək üzr istədi. Firuz artıq qürurunu itirmişdi. Firuz intiqam almaq məqsədi ilə yeni bir döyüşə başladı. Bu döyüşdə də xaqan yeni bir taktikadan istifadə edərək 484-cü ildə Firuzu və onun 7 oğlunu öldürdü.


Tarix: 05.03.2013 / 13:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 211 Bölmə: Dunya ve tarixi
loading...