Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xeyrəddin Paşa

Xeyrəddin paşa (1822-1890) — müsəlman mütəfəkkiri

Həyatı

Əslən qafqazlı (güman ki, azərbaycanlı) olan bu şəxs Tunis hakiminin vəziri olmuş, İstanbula qayıdandan sonra 1878-ci ilin dekabrında baş vəzirlikdə məsul vəzifəyə təyin olunmuş və səkkiz ay işləmişdir.

Təcrübəli dövlət xadimi olmaqla bərabər, o, dinə və Qərb elimlərinə dərindən bələd olan bir ziyalı idi.

Xeyrəddin paşa Avropa mədəniyyətinin inkişafını ədalətin və azadlığın mövcudluğu ilə əlaqələndirirdi. Avropada dəqiq qanunlar tətbiq olunduğu halda, müsəlman cəmiyyətində şəriət hökmran idi.

Xeyrəddin paşa Qərb adət-ənənələrinin kor-koranə yamsılanmasına qarşı çıxır və yazırdı: "İslam dini mədəni inkişafa kömək edən və onu gücləndirən tam siyasi və inzibati təşkilatların yaranmasına qətiyyən zidd deyil".

Xeyrəddin paşa iqtisadi inkişafın vacibliyini və sənayeləşdirməni təbliğ etmiş, onun əsərləri ərəbcə, türkcə, fransızca və ingiliscə nəşr olunmuşdur.


Tarix: 03.03.2013 / 16:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 138 Bölmə: Dunya ve tarixi
loading...