Osmanlı ordusu (osm. اردوي همايون) — Osmanlı imperiyasının rəsmi ordusu. Osmanlı ordusunun tarixi iki əsas dövrə bölünür. Klassik dövr adlanan birinci dövr imperiyanın yarandığı 1299-cu ildən XIX əsrin əvvələrinə qədər davam etmişdir. Bu dövrdə əsasən müxtəlif tipli hərbi islahatlar keçirilmişdir. İkinci dövr isə müasir dövr adlanır və bu dövrdə Osmanlı ordusu quru qoşunları, donanma və hava qüvvələri olmaqla üç yerə bölünür.
Quru qoşunları
Klassik dövr
Osmanlı ordusunun piyada bölümündə xidmət edən Afrikalı həbəş
Osmanlı imperiyasının ordusunun formalaşması zamanı Rum Səlcuqlu dövləti, Elxanilər dövləti və Məmlük dövlətində istifadə olunan hərbi sistemlərdən istifadə olunmuşdur. Osmanlı ordusunda ordu başçısı xaqan adlandırıdı. Piyada və atlılardan təşkil olunmuş hərbi birləşmələr, zamanla müsəllam qoşun növünün tərkibinə qatılmışdır. 1299-cu ildə dövlət yaranarkən osmanlının paşalarından olan Ələddin Paşa və Qadı Cəndərəli Qara Xəlilin rəhbərliyi ilə türk gənclərindən təşkil olunmuş, hər biri min nəfərlik, iki ordu birləşməsini yaradıldı. II Mehmed yeni hərbi birləşmələrin yaradılmasına çalışırdı. Yeniçərilər II Mehmedin dövründə dahada güçlənmiş və sayları artmışdır. Yeniçərilər ləğv olunduğu ilə qədər Osmanlı imperiyasında hər zaman mühüm ünsür hesab olunurdular. Cem Sultan və II Bəyazid arasında baş vermiş hakimiyyət mübarizəsi zamanı, yeniçərilərin II Bəyazidi dəstəkləməsi nəticəsində II Bəyazid həmin mübarizədə qalib gəlmişdir.
Osmanlı imperiyasınını durğunluq dövründə bir çox hərbi birləşmələr ləğv olunmuşdur. Ordu birliklərinin sağlanması əlavə xərc olduğundan müsəllam və voynuk birləşmələri ləğv edilmişdir. Qapıqulu ocağından olan əsgərlərin sayı 1610-cu ildə 40.000 nəfərə qədər yüksəldiyi halda, Timarlı sipahilərin sayı 20.000 nəfərə düşmüşdür. İmperiyada yaşanan durğunluq dövrü ordu hissələrinədə bir başa təsir göstərmişdir. III Murad ordunu durğunluqdan çıxartmaq üçün Avropada aparılan hərbi islahatları öz ordusuna tətbiq etmək istəmişdir. Ancaq III Muradın bir tərəfdən orduda islahatlar keçirmək, digər tərəfdə isə yeniliklərə qarşı gəlməsi səbəbindən III Muradın hərbi islahatları heç bir nəticə verməmişdir. Osmanlı ordusunun zəifləməsinin əsas səbəbilərindən bir neçə bu şəkildə sıralanmışdır.
III Muradın hakimiyyətə gəlməsindən sonra qapıqulu ocağına hərbi xidmətə yararlı olmayan şəxslər cəlb olunmuşdur.
Yeniçərilərə evlənmək və ticarətlə məşğul olmaq qadağan olunduğu halda, onlar maddi baxımdan yaxşı təmin olunmadıqlarının əsas gətirərək kütləvi şəkildə ticarətlə məşğul olmağa başlamışdılar.
İltizam sisteminin genişlənməsi nəticəsində timar torpaq mülkiyyətnin öz əhəmiyyətinin itiriməsi və nəticədə imperiyanın bölgələrində yeni əsgərlərin hazırlanmaması.
Donanma ilə əlaqəsi olmayan və heç bir dənizçilik bacarığına sahib olmayan şəxslər donanmaya cəlb olunması.
Avropada silah sənayesində baş verən yeni uğurlardan, Osmanlı imperiyasınını kənarda qalması.
Tarix: 05.03.2013 / 12:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 243 Bölmə: Dunya ve tarixi