Vəsaitlər:
* Yarım kilo brokoli
* 1 qutu süd kremi (200 ml)
* Yarım paket makaron
* 1 diş sarımsaq
* 1 ədəd orta boy kök
* Zövqünüzə görə duz, qara bibər
Hazırlanması:
Makaronu, paketin üzərində göstərilən müddət qədər qaynadıb süzün. Brokolini yuyub saplarını kəsərək təmizləyin.Buxarda və ya qaynar suda yumuşalana qədər qaynadın. Qaynadılan brokoliyi süzüb mətbəx nimçəsində çəkin. Sarımsağın qabığını soyub rəndələyin. Sous nimçəsinə brokoli, sarımsaq və kremi götürüb qarışdırın. Orta dərəcəli atəşdə bir qədər qaynadın. Duz və qara bibər əlavə edib qarışdırın. Sous nimçəsini ocaqdan endirin.
Xidmət qabına makaronu alın. Üzərinə brokoli sousunu gəzdirin. Kökün qabığını soyub rəndələyin. Brokoli sousun üzərinə səpin.
Nuş olsun !
Tarix: 29.11.2014 / 14:49 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Dünya mətbəxi