Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fakitas (Meksika mətbəxi)

Tərkibi:
250 qram yağsız dana əti
1 ədəd orta boy soğan
2 ədəd çarliston bibər
1 ədəd şirin qırmızı bibər
1 kasa süzmə qatıq
1 ədəd avokado
2 xörək qaşığı zeytun yağı
1 stəkan süd
1 çay qaşığı qara bibər
1 çay qaşığı kəklikotu
Yarım çay qaşığı kimyon
1 çay qaşığı duz
Lavaş çörəyi

Hazırlanması:
Kasada süd və 1 xörək qaşığı zeytun yağını qarışdırın. Dana ətini lent halında doğrayıb sütlü qarışığa əlavə edin. Ətin yumşalması üçün 30 dəqiqə gözlədin. Soğanın qabıqlarını soyub doğrayın. Tavaya 1 yemək qaşığı zeytun yağı əlavə edib saxlayın. Doğranmış soğanları əlavə edib qarışdırın. Əti sütlü qarışıqdan çıxarıb süzün.

Soğanlar diriliyini itirmədən əti tavaya əlavə edin. İki dəqiqə qarışdıraraq qovurun. Bibərləri halqa-halqa doğrayıb tavaya əlavə edin. Yüksək odda ətin bir az suyu qalana qədər bişirin. Ət bişərkən avokado sousunu hazırlamaq üçün kasaya süzmə qatığı süzün. Avokadonun içini qaşıqla oyub əzin və qatığa əlavə edin. Ət bişmək üzrəykən ədviyyatlarını əlavə edin.
Fajitası qaba qoyub yanında avokado sousu və göyərti əlavə edin. Lavaş çörəyinin arasına qoyaraq xidmət edin.
Qeyd: Ətin suyu azalsa, 1 çay stəkanı ilıq su əlavə edə bilərsiniz.
Nuş olsun...


Tarix: 29.11.2014 / 14:53 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Dünya mətbəxi
loading...