Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meyvəli mini pirog
Meyvəli mini pirog

MATERİAL SİYAHISI:

2 su s. Un
100 q. Kərə yağı
1 yumurta
2 şorba s. Şəkər kirşanı
Yarım pk. Qabartma tozu

KREMİ ÜÇÜN:

1,5 su s. Süd
1 şorba q. Un
1 şorba q. Nişasta
1 çay s. Toz şəkər
1 pk. Vanil
1 şorba q. Köpükləndirilmiş şəndi

ÜZƏRİ ÜÇÜN:

Nektar
Çiyələk
Qaragilə

İÇİ:

Kremi üçün, südü qazana tökürük. Unu, nişasta, şəkər tozu və vanili əlavə edirik. Çırpma teliylə qarışdıraraq kremi bişiririk. Konsistensiya qaynamağa başlayanda altını bağlayırıq. Xəmiri üçün, unu qarışdırma qabına alırıq. Kirşanı şəkərini və qabartma tozunu qoyuruq. Qarışdırırıq və ortasını hovuz kimi açırıq. Ortaya otaq temperaturunda yumşalmış kərə yağını qoyuruq.

Üzərinə yumurta qırırıq. Ortadakı mayeləri qarışdırırıq və kənardan un alaraq xəmiri yoğururuq. Elə yapışmağa bir xəmir əldə edirik. Pirog xəmirindən qoyuruq. Xəmirin içinə sıxaraq qəlibin formasını almasını təmin edirik. İçlərini də boş buraxırıq. Soba xonçasına duzuruk. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk. Krem soyuyanda içinə krem şantiyi qoyuruq və mikserlə çalırıq. Əldə etdiyimiz kremi, kremşanti torbasına doldururuq. Xəmir üzərinə sixirix. Üstünü doğranmış meyvələrlə bəzəyərək xidmət edirik.


Tarix: 26.03.2015 / 19:20 Müəllif: Nurana Baxılıb: 119 Bölmə: Şirniyyatlar
loading...