Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zöhrə Əsgərova

Əsgərova Zöhrə Qulamhüseyn qızı — nasir, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980).

Həyatı

Zöhrə Əsgərova 1951-ci il aprelin 2-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Burada 199 saylı şəhər orta məktəbini bitirmişdir (1968). Bədii yaradıcılığa erkən başlamışdır. M.Ə.Sabir kitabxanası nəzdində ədəbiyyat dərnəyinin fəal üzvü olmuşdur. İlk qələm təcrübələri – məqalə və mənsur şeirləri "Azərbaycan gəncləri" qəzetinin 1969-cu il tarixli sayında dərc edilmişdir. Zaqafqaziya komsomol məktəbinin 6 aylıq kursunda siyasi təhsil almışdır (1971). M.A.Əliyev adına İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir (1969-1973). Azərdövsulayihə İnstitutunda klub müdiri (1973), R.Mustafayev adına İncəsənət muzeyinin əməkdaşı olmuşdur (1974-1978). Azərbaycan ədəbi-gənclər birliyi yığıncaqlarında fəal iştirak etmişdir. "Qadın dünyası" qəzetində qadınların ictimai hərəkatına dair silsilə yazıları dərc olunmuşdur (1994). Azərbaycan Dövlət Nəşriyyatında kiçik redaktor (1978), Azərbaycan Dövlət Nəşriyyat poliqrafiya və kitab ticarəti işləri komitəsində redaktor (1979), "Yazıçı" nəşriyyatında redaktor (1980-1987), "Gənclik" nəşriyyatında yeniyetmələr üçün bədii ədəbiyyat redaksiyasında redaktor işləmişdir (1987-1993). 1999-cu ildə "Ekspress" qəzetində müxbir kimi çalışmışdır. 2003-cü ildən 2006-cı ilə qədər Bakı Bədən Tərbiyəsi və Turizm kollecində ədəbiyyat müəllimi işləmişdir. 2006-cı ildən Gənclər və İdman Nazirliyində birinci dərəcəli dövlət qulluqçusu, baş məsləhətçidir.

Həzrəti Fatimeyi Zəhranın mövludu günü münasibətilə "Şəhriyar" qəzetinin xüsusi buraxılışı "Analı dünyam" jurnalını hazırlamışdır (1996). "Bahar çiçəkləri", "Çinar pöhrələri", "Mənim bağım, baharım" almanaxlarında, eləcə də dövri mətbuatda hekayələri çap olunmuşdur. Xan qızı Natəvan mükafatı laureatıdır (1996).

Əsərləri
Ünsiyyət. Bakı: Yazıçı, 1981, 82 səh.
İki tale. Bakı: Yazıçı, 1984, 135 səh.
Tənhalıq. Bakı: Yazıçı, 1989, 194 səh.
Özgə evin işığı. Bakı: Gənclik, 1991, 270 səh.
Bir ömrə sığmayan arzular. Bakı: Şərq-Qərb nəşriyyatı, 92 səh. (şərikli).
Mirvari toy. Bakı: Şirvannəşr, 2006, 200 səh.
Özəl poçtdan məktub var. Bakı: Yazıçı, 2011, 166 səh.


Tarix: 20.01.2013 / 15:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 693 Bölmə: Şairlər və Yazıçılar
loading...