Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümgülsüm Sadıqzadə

Ümgülsüm Əbdüləziz qızı Sadıqzadə Azərbaycan şairəsi Seyid Hüseyn Sadiqnin həyat yoldaşı

Həyatı

Ümgülsüm Əbdüləziz qızı Sadıqzadə 1899-cu ildə Bakının Novxanı kəndində ruhani ailəsində anadan olmuşdur.

S.Hüseynin həbsindən bir neçə ay sonra – 2 noyabr 1937-ci ildə хalq düşməninin həyat yoldaşı kimi Ümmügülsüm хanım da həbs edilərək Bayıl həbsхanasına göndərilir. Bir müddət sonra Ümmügülsüm хanım 8 il həbs cəzasına məhkum edilərək, MTN sənədlərinə əsasən 1938-ci ildə Temlaq İslaq əmək Düşərgəsinə göndərilir. Şəхsi sənədlərində isə göstərilir: ―… Həbs cəzasına məh-kum olunaraq Mordva Avtonom Respublikasının Yavas qəsəbəsindəki islah – əmək düşərgəsinə göndərilib…‖. Həmin sənədlərdən aydın olur ki, Ümmügülsüm хanım düşər-gədə tikişçi işləmiş və verilən tapşırıqları artıqlaması ilə yerinə yetirmişdir. 1941-ci ildə əmək yarışındakı fəal işinə görə dü-şərgə rəhbərliyi Ümmügülsüm хanımın ailə üzvlərinə məktub yazmağa icazə vermişdir. 1941-ci il fevral ayının 10-da 14 yaşlı oğlu Toğrul, 11 yaşlı qı-zı Qümral və uşaqlara dayəlik edən yaхın qohumu Səyyarə хanımla dörd illik ayrılıqdan sonra görüşmək üçün Ümmügülsüm хanım 4 saylı düşərgə məntəqəsinin rəisinə ərizə ilə müraciət edir. Lakin vətən müharibəsinin başlan-masını səbəb gətirərək uzun illər həsrətində olduğu övlad-larının üzünü görmək ona qismət olmur.

Ümmügülsüm xanım bundan sonra uşaqlarına demək olar ki, hər gün məktub yazır, onların iş və yaşayış tərzi ilə maraqlanırdı. Artıq gözlərinin gündən-günə zəifləməsi Ümmügülsüm хanımın məktub yazmasına maneçilik törədirdi. 1943-cü ildə o SSRİ XDİK-nın Xüsusi Müşavirəsinə ərizə ilə müraciət edərək azadlığa buraхılmasını хahiş edir. Onun azad olunması üçün məsələyə yalnız 1945-ci aprel ayında qərar verilir. Sürgündən sonra Ümmügülsüm хanıma Bakıya gəldik-dən 20gün sonra onun burada yaşamasına qadağa qoyulur. Hər tərəfdən əli üzülən хanım Şamaхıya köçməyi qəra-ra alır. Lakin burada bir neçə ay yaşayan Ümmügülsüm хanım 15 yaşlı qızı Qumralın qolları arasında gözlərini əbədi yumur.

Yaradıcılığı

Kiçik yaşlarında ata və anasından fars və türk dillərini öyrənən Ümgülsüm, Şərq ədəbiyyatına və klassik Azərbaycan şeirinə maraq göstərmişdir. 9 yaşından şeir yazmağa başlamış Ümgülsüm 1914-cü ildən "İqbal", "Yeni iqbal", "Acıq söz" və s. mətbuat orqanlarında hekayə və şeirlərini çap etdirmişdir. Onun 200-dən artıq şeiri, bir poeması bizə gəlib çatmışdır. O, həmçinin "Vətən sevgisi", "Solğun çiçək" və s. hekayələrin müəllifidir. Ağır işgəncələrdən sonra Ümgülsüm Sadıqzadə Mordoviya vilayətinə - həbs düşərgəsinə göndərilmişdir. 7 illik məhbus həyatından sonra, 1944-cü il iyul ayında geri qayıtmışdır. Elə həmin il də - sentyabr ayının 17-də Şamaxı şəhərində vəfat etmişdir


Tarix: 19.01.2013 / 15:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 427 Bölmə: Şairlər və Yazıçılar
loading...