Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hafiz Baxış

Hafiz Baxış (tam adı:Baxışov Hafiz Həbib oğlu), (1932–1989) – Azərbaycan şairi.

Həyatı

Hafiz Baxış 1932-ci il oktyabrın 15-də Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1950-ci ildə Qafan bölgəsinin Şəhərcik kəndində bitirmişdir.

1950–1952-ci illərdə Qovşud kəndində ibtidai sinif müəllimi işləmiş, 1952 – 1956-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatr və kino aktyorluğu fakultəsində təhsil alməşdır. Tələbə ikən 1954-cü ildə Azərbaycan diviziyasında bədii özfəaliyyət dərnəyinin rəhbəri olmuşdur. 1956–1961-ci illərdə Sumqayıt şəhərində tərbiyəçi, pionerlər evinin və mədəniyyat sarayının direktoru vəzifəsində çalışmışdır.

1961-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, yüksək dərəcəli rejissor vəzifələrində fəaliyyət göstərmişdir. İlk şeirləri "Sosialist Sumqayıtı" qəzetində dərc olunmuşdur, "Samur – Dəvəçi kanalı" adlı ilk şeiri də həmin qəzetin 1957-ci il 9 fevral tarixli sayında , "Zirvə" adlı ilk poeması isə "Azərbaycan" jurnalının 1968-ci il 2-ci sayında çap olunmuşdur. Bundan sonra o altı poema qələmə alsa da lirik şair kimi tanınmışdır. İyirmidən çox şeirinə musiqi bəstələnmişdir.

1989-cu ildə sentyabrın 4-də vəfat etmişdir.

Əsərləri
"Azərbaycan oğluyam". B.: , 1980.- s., nüs.
"Sona bülbüllər". B.: , 1983.- s., nüs.
"Eşqimi sönməyə qoymaram". B.: , 1989.- s., nüs.
"Dağlar üçün darıxmışam". B.: , 2001.- s., nüs.
"Bu torpağa bağlıyam". (nəğmələr, şeirlər və poemalar) B.: İqtisad Universiteti, 2002.- 218 s.,500 nüs.
"Ömür bir yarpaq imiş". B.: Şirvannəşr, 2002.- 100 s., 300 nüs.
"Ana layla deyir", Bakı: "Zərdabi LTD" MMC, 2012. - 296 s., 1000 nüs.


Tarix: 15.01.2013 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 412 Bölmə: Şairlər və Yazıçılar
loading...