Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsi Məlikzadə

Məlikzadə İsi Abbas oğlu — nasir, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

İsi Məlikzadə 1934-cü il mayın 1-də Azərbaycanın Ağcabədi rayonunda anadan olmuşdur. Burada Xalfərəddin orta məktəbini bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun neft-kimya fakültəsində təhsil almışdır (1952-1957).

Fəaliyyəti

"Əzizbəyovneft" mədənlər idarəsində operator, yerüstü avadanlıq ustası (1957-1961), Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyi Başqaz idarəsində böyük mühəndis, şöbə rəisinin müavini (1961-1966), "Ulduz" jurnalı redaksiyasında publisistika şöbəsinin müdiri, məsul katib (1966-1973), Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1974-1976), "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1976-1980), "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1980-1981), "Mozalan" satirik kinojurnalında böyük redaktor (1981-1983), C.Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasında baş redaktor vəzifələrində işləmişdir (1983-1985). Sonra bir müddət yaradıcılıqla məşğul olmuşdur. Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi hissə müdiri (1988-1990) işləmişdir. Sonra ömrünün sonunadək "Azərbaycan" jurnalında publisistika şöbəsinin müdiri (1994-cü ildən), Azərbaycan Mədəniyyət Fondunun Qarabağ fılialının sədri (1990-cı ildən) vəzifələrində çalışmışdır. 1995-ci il dekabrin 5-də vəfat etmişdir.

Əsərləri
Həsrətin sonu. Bakı: Azərnəşr, 1964, 44 səh.
Özgə anası. Bakı: Gənclik, 1969, 152 səh.
Kövrək qanadlar. Bakı: Gənclik, 1973, 234 səh.
Küçələrə su səpmişəm. Bakı: Gənclik, 1977, 219 səh.
Yaşıl gecə. Bakı: Yazıçı, 1979, 305 səh.
Günəşli payız. Bakı: Yazıçı, 1982, 252 səh.
Dədə palıd (povest). Bakı: Yazıçı, 1984, 413 səh.
Gümüşgöl əfsanəsi. Bakı: Yazıçı, 1987, 295 səh.
Şehli çəmənlərin işığı. Bakı: Yazıçı, 1991, 304 səh.
J.Dotaşalann novruz bayramı. Bakı: Gənclik, 1992, 119 səh.

Filmoqrafiya
Ağ atlı oğlan (film, 1995)(tammetrajlı bədii film)
Alma almaya bənzər (film, 1975)
Altı duru, üstü quru (film, 1983)
Dua (film, 1982)
Evin kişisi (film, 1978)
Evlənmək istəyirəm (film, 1983)
Gəl qohum olaq (film, 2001)
Güllələnmə təxirə salınır!... (film, 2003)
Gümüşgöl əfsanəsi (film, 1984)
Güzgü (film, 1990)(II)
Hacı Qara (film, 2002)
Harayacan qaçacaqlar (film, 1983)
Hərənin öz payı+tayı (film, 2006)
İcazə (film, 1972)
İlişdim (film, 1983)
Kişi sözü (film, 1987)
Küçələrə su səpmişəm (film, 2004)
Qanlı zəmi (film, 1985)
Qatarda (film, 1981)
Qoca palıdın nağılı (film, 1984)
Məğlubedilməzlər (film, 1983)
Müşavirə (film, 1971)
Oktyabr və Azərbaycan (film, 1987)
Ömrün səhifələri (film, 1972)
Pəncərə (film, 1991)
Vətən mənə oğul desə (film, 1996)
Zərbə (film, 1983)


Tarix: 16.01.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 789 Bölmə: Şairlər və Yazıçılar
loading...