Muxtarova Təranə Sərdar qızı - publisist, Jurnalistlər Birliyinin üzvü (1982).
Təranə Muxtarova 1955-ci il sentyabrın 25-də Ağcabədi rayonunda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır.
Əmək fəaliyyətinə 1977-ci ildə təyinatla göndərildiyi "Şuşa" qəzetində müxbir kimi başlamışdır. Qarabağ hadisələri başlanarkən ilk etiraz səsini ucaldan jurnalistlərdən olmuşdur (1991). "Respublika" qəzetində müxbir vəzifəsində çalışmışdır (1996).
Həsən bəy Zərdabi adına mükafatın ilk laureatlarından biridir (1989). Xan qızı Natəvan adına mükafata layiq görülmüşdür (1996).
Əsərləri
1.Şuşa harayı. Bakı: Azərnəşr, 1996, 203 səh.
Tarix: 19.01.2013 / 15:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 164 Bölmə: Şairlər və Yazıçılar