Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlyas Tapdıq

Tapdıqov İlyas Oruc oğlu (İlyas Tapdıq) — şair, tərcüməçi, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1972).

Həyatı

İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulmuşdur. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1952-1956).

Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlamışdır. Uşaqgəncnəşrdə redaktor (1957-1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962-1968), "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978-1983), Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində işləmişdir.

Hazırda Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışır (1989-cu ildən). "Gənclik" nəşriyyatı redaksiya şurasının üzvü, Azərbaycan komsomolu Şöhrət şurasının üzvü, "Türk əsrində Azərbaycan" jurnalının redaksiya heyətinin üzvü və Azərbaycan təmsilçisi olmuş, bir sıra respublika festival və müsabiqələrində münsiflər heyətinin üzvü olmuşdur. Təşviqat qatarında dəfələrlə rayonlara getmiş, zəhmətkeşlər qarşısında çıxış etmişdir. 60-80-ci illərdə qardaş respublikalarda keçirilən ümumittifaq tədbirlərinə, yubileylərə, uşaq kitabı həftəsinə, müşavirələrə dəvət olunmuşdur.

Azərbaycan komsomolunun XXX, XXXI qurultaylarına nümayəndə seçilmişdir. Sovet uşaq ədəbiyyatı və incəsənəti nümayəndələri tərkibində Çexoslovakiyada (1972), Macarıstanda (1979) olmuşdur. Türkiyədə İzmir şəhərində I Uluslararası Türk dünyası Turizm və Kültür simpoziumunda iştirak etmişdir (1994).
Müğənni Şəbnəm Tapdıqın atasıdır.

Əsərləri
Kəndimizin çobanı. Bakı: Uşaqgəncnəşr, 1955, 16 səh.
Bulaq başında. Bakı: Azərnəşr, 1958, 66 səh.
Gözlər. Bakı: Uşaqgəncnəşr, 1959, 112 səh.
Xumar. Bakı: Uşaqgəncnəşr, 1960, 16 səh.
Arxalı dağlar. Bakı: Uşaqgəncnəşr, 1962, 112 səh.
Bir eşqin şimşəyi. Bakı: Azərnəşr, 1966, 156 səh.
Çimnaz oynayır. Bakı: Gənclik, 1967, 48 səh.
Əksim və qəlbim. Bakı: Gənclik, 1968, 216 səh.
Təpələr. Bakı: Gənclik, 1969, 60 səh.
Bir gülün qönçəsi. Bakı: Gənclik, 1970, 16 səh.
Bir evim var. Bakı: Gənclik, 1971, 16 səh.
Meşənin mahnısı. Bakı: Gənclik, 1973, 192 səh.
Xoruz və siçan. Bakı: Gənclik, 1976, 16 səh.
Qızlar və qağayılar. Bakı: Azərnəşr, 1977, 156 səh.
Çiçəklərim, güllərim. Bakı: Gənclik, 1979, 212 səh.
Qoçaq dovşan. Bakı: Gənclik, 1982, 142 səh.
Özümlə görüş (şerlər). Bakı: Yazıçı, 1984, 320 səh.
Nağıllı ağaclar (şerlər və mənzum nağıllar). Bakı: Gənclik, 1988, 188 səh.
Şıltaq günəş. Bakı: Gənclik, 1987, 160 səh.
Məhəbbət yolları. Bakı: Yazıçı, 1990, 250 səh.

Tərcümələri

(rus dilindən)
İki xoruz (Litva xalq şeri). Bakı: Uşaqgəncnəşr, 1961, 16 səh.
V.Suteyev. Miyo eləyən kim idi? Bakı: Azərnəşr, 1964, 20 səh.
M.Zoşşenko. Kələkbazlar və ağıllılar. Bakı: Gənclik, 1968, 24 səh.
4.E.Mejelaytis. Dovşan-oğlan. Bakı: Gənclik, 1969, 16 səh.
V.Berestov. Səhər laylası. Bakı: Gənclik, 1970, 20 səh.
İ.Pivovarova. Axşam və səhər. Bakı: Gənclik, 1972, 20 səh.

(türkmən dilindən)
K.Tannkuliyev. Kəpənək. Bakı: Uşaqgəncnəşr, 1960, 16 səh.
K.Tanrıkuliyev. Tovuz quşu. Bakı: Gənclik, 1977, 12 səh.

(erməni dilindən)
Q.Qabrielyan. Mən ki, balaca deyiləm. Bakı: Gənclik, 1974, 52 səh.

Filmoqrafiya
Aşıq Ələsgər (film, 1972)
Bakı SOS Uşaq Kəndi (film, 2001)
Baş tutmayan ziyafət (film, 1981)
Evlər yıxanım mənim!!. (film, 1974)
Fransız (film, 1995)
Heydər Əliyev. Doqquzuncu film. Patriot (film, 2004)
Xoruzun quyruğu (film, 1980)
İki xalqın oğlu (film, 2004)
Keyfiyyət nişanı (film, 1974)
Mədəniyyət salnaməsi. Yurdumuzu gəzə gəzə (film, 2001)
Məhəbbətdən də artıq (film, 1975)
Molla İbrahimxəlil kimyagərin nəvələri (film, 1974)
Ordan-burdan (film, 1987)
Sürpriz (film, 1977)
Şərt (film, 1984)
Toxunma, partlayar! (film, 1982)
Yoxlama (film, 2006)
Yollar (film, 1972)


Tarix: 16.01.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1063 Bölmə: Şairlər və Yazıçılar
loading...