Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Firuzə Məmmədli

Məmmədova Firuzə Nurəddin qızı - şair, tərcüməçi, 1983-cü idən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1980).

Həyatı

Firuzə Məmmədli 1940-cı il yanvarın 10-da Xaçmaz rayonunun Canaxır kəndində anadan olmuşdur. Orada Hülövlü kənd orta məktəbini gümüş medalla bitirəndən sonra Quba şəhər tibb məktəbində təhsil almışdır (1963). APİ-nin dil və ədəbiyyat fakültəsini fərqləmə diplomu ilə başa vurmuşdur (1964-1968). İnstitutun Naxçıvan filialında, eyni zamanda Naxçıvan pedoqoji məktəbində çalışmışdır. Sonra APİ-nin Azərbaycan dilçiliyi kafedrasına dəyişdirilmişdir (1970). Həmin vaxtdan orada Azərbaycan dilini tədris edir. "Vahid Azərbaycan" uğrunda mübarizəyə qoşulduğuna görə (1 repressiya və təqiblərə məruz qalmışdır (1969). Hazırda müasir Azərbaycan dili kafedrasının dosentidir (1990-cı ildən). Həm də Azərbaycan Yazıçılar Birliyində Həmkarlar Komitəsinin sədridir (1995-ci ildən). Azərbaybaycan LKGİ MK-nın ştatdankənar təlimatçısı (1973-1" APİ-nin partiya komitəsi yanında qadınlarla iş aparan komissiyanın üzvü (1975-1980) olmuşdur. "Yusif Vəzir Çəmənzəminlinin tarixi romanlarının dil və üslublub xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Ədəbi fəaliyyətə 1963-cü ildə Xaçmaz rayonunun "Dostluq" qəzetində çıxan "Ay həkim" adlı şeirilə başlamışdır. Ondan sonra dövri mətbuatda öz lirik şeirilə vaxtaşırı çıxış etmişdir. 60-dan artıq elmi, tənqidi və publisist məqalə yazmışdır. "Bədii dilin mənbələri" monoqrafiyasını başa çatdırmışdır. Tərcümə etdiyi özbək uşaq hekayələri "Dost əlini uzatsa" (1990) kitabında dərc olunmuşdur.

Türkiyədə Bursa şəhərində keçirilən Uluslararası şeir şöləsinin (festivalının) Əlişir Nəvai mükafatına (1992), Bakı şəhərində keçirilən şeir müsabiqəsində İsa İsmayılzadə mükafatına (2000) layiq görülmüşdür.

Əsərləri
1.Gümüşü damla. Bakı: Gənclik, 1972, 48 səh.
2.Yoluma bahar düşüb, Bakı: Gənclik, 1978, 56 səh.
3.Sənin ömrün. Bakı: Yazıçı, 1982, 60 səh.
4.Yetkinlik. Bakı: Yazıçı, 1989, 192 səh.
5.Bir qarış ucalıq. Bakı: Gənclik, 1995, 165 səh.
6.Bədii dilin estetik mənbələri. Bakı: APİ-nin nəşriyyatı, 1997, səh.
7.Məni mənlə bölən dünya. Bakı: Gənclik, 1999, 270 səh.
8.Seçilmiş əsərlər. Bakı: (iki cilddə). I cild, Nurlan, 2002, 433 səh.
9.Seçilmiş əsərlər. Bakı: (iki cilddə). II cild, Nurlan, 2002, 446 səh.

Tərcümələri
1.M.Qorki. Bir samovar var idi. Bakı: Gənclik, 1977, 50 səh.
2.Afrika nağılları. Bakı: Yazıçı, 1988, 370 səh. (şərikli).
3.G.Kubliski. Bütün yer kürəsi. Bakı: Gənclik, 1994, 246 səh.


Tarix: 15.01.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 405 Bölmə: Şairlər və Yazıçılar
loading...