Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şükür Şənol

Şükür Şənol yazıçı-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Kitabları
4 İstinadlar


Həyatı

Şükür Məmiş oğlu 1955-ci ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "Azərbaycanfilm" kinostudiyasında, "İşıq" nəşriyyatında, "Kommunist" ("Xalq qəzeti"), "Azərnevs", qəzetlərində işləyib. Hazırda "Respublika" qəzetinin xüsusi müxbiridir.



Yaradıcılığı

Postmodern yazarlardandır.

Şükür Şənolun “.....aramızdakı bir mələk” kitabına erkən gənclik illərində və yeni yüzilliyin 2010-cu ilinə qədər bir dövrdə qələmə aldığı yazılar daxil edilmişdir. "Ağ qoç, qara qoç" (1988), "Nə, gözəl onu andı, sevdi, düşündü hər türk” (1989), "Son bahar rüzgarları" (1999), “...aramızdakı bir mələk” (2007 ), “eşqin bır anlamı” (2007 ), “Yüz ildən bir sətir” (2009 ) və s. əsərləri təsdiqləyir ki, müəllif fərqli, dəyişik və qeyri-adi ifadə tərz ilə özünə xas bir üslubun sahibidir. Bənzərsiz, səlis, axıcı yazı dəsti-xəti olan Şükür Şənolun yaşam dünyası ilə şerləri iç-içədİr, o, mövzunu gerçək həyatdan alır.
Qarabağın Aran ağzı-Arazbar Ənvər Çingizoğlu ilə birlikdə, Bakı, "Ozan", 1998.
"Azərbaycan", "Ulduz" jurnallarında silsilə yazılar.

Kitabları
"Ağ qoç, qara qoç" (1988),
"Nə, gözəl onu andı, sevdi, düşündü hər türk” (1989),
"Son bahar rüzgarları" (1999),
“...aramızdakı bir mələk” (2007),
“... bu eşqin bır anlamı” (2007),
“Yüz ildən bir sətir” (2009)
“...aranızdakı bir mələk”, Bakı, “Yazıçı”, 2012.


Tarix: 19.01.2013 / 15:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 319 Bölmə: Şairlər və Yazıçılar
loading...