Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tofiq Məlikli

Həyatı

Məlikov Tofiq Davud oğlu – tənqidçi, ədəbiyyatşünas, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1994) - 1942-ci il avqustun 31-də Şəmkir şəhərində anadan olmuşdur. Bakıda orta məktəbi bitirmişdir. Əmək fəaliyyətinə Bakı qaz idarəsində inspektor kimi başlamışdır (1958-1960). ADU-nun şərqşünaslıq fakültəsində təhsil almışdır (1960-1965). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində diktor işləmişdir (1965). SSRİ EA Şərqşünaslıq İnstitutunun aspiranturasmda təhsilini davam etdirmişdir (1965-1969). Sonra həmin institutda kiçik elmi işçi olmuşdur (1969-1976). Türkiyəyə ezamiyyətə göndərilmişdir (1976-1978). SSRİ EA Şərqşünaslıq İnstitutunda böyük elmi işçi vəzifəsində işləmişdir (1978-1991). Türkiyədə İstanbul universitetinin ədəbiyyat fakültəsinin professoru işləmişdir (1991-1994). Bu dövrdə "Rus dili və ədəbiyyatı" kafedrasını açmış və ona rəhbərlik etmişdir. "Türkcə-rusca danışıq kitabçası" nəşr olunmuşdur. Moskvada Dünya Ədəbiyyatı İnstitutunda apancı elmi işçi olmuşdur (1994-cü ildən). "Yeni türk şeiri: təşəkkülü və inkişafı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Hazırda Moskva Dövlət Linqvistika (dillər) Universitetinin professorudur. Eyni zamanda Beynəlxalq Türkoloji və Mədəniyyət Fondunun vitse-prezidentidir (1991). Nazim Hikmətin ədəbi irsi üzrə komissiyanın məsul katibidir. Bədii yaradıcılığında tənqid, tərcümə və poeziya başlıca yer tutur. 100-dən çox elmi əsəri ədəbiyyatşünaslığın aktual problemlərinə həsr olunmuşdur. Moskvada "Nauka" nəşriyyatında onun iki elmi monoqrafiyası çap edilmişdir: "60-cı illərin əvvəli, 70-ci illərin sonunda türk poeziyası" (1980), "Nazim Hikmət və Türkiyənin yeni poeziyası" (1987). Klassik və müasir türk şairlərindən poetik tərcümələri vardır. Oxucular onun tərcüməsində Nazim Hikmətin, Əziz Nesinin, Yaşar Kamalın və Fakir Bəykürtün əsərləri ilə tanış olmuşlar. Türkiyə, Polşa, Çexoslovakiya və İtaliyada elmi ezamiyyətdə olmuşdur (1972-1987).

Əsərləri

1.Duyğuların ən gözəli (şeirlər). Bakı: Yazıçı, 1978, 32 səh.

Tərcümələri

1.Yaşamaq gözəl şeydir, qardaşım (roman). Bakı: Yazıçı, 1983, 180 səh.


Tarix: 19.01.2013 / 15:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 386 Bölmə: Şairlər və Yazıçılar
loading...