Elyazov Füzuli Sabir oğlu (Füzuli Sabiroğlu) - ssenari müəllifi, rejissor, baş redaktor.
Həyatı
Füzuli Sabiroğlu 20 noyabr 1964-cü ildə Göyçə mahalının Basarkeçər (Vardenis) rayonunun Kiçik Məzrə kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Texniki Universitetini bitirib.
Ədəbi yaradıcılığa XX əsrin 80-ci illərində başlayıb. Respublika mətbuatında ilk çıxışı 1988-ci ildə "Gənclik" jurnalında olub. O vaxtdan müntəzəm olaraq şeir, hekayə və publisistik yazıları respublika mətbuatında dərc olunur.
1993-1994-cü illərdə Azərbaycan Milli Ordusunun zabiti kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. 2003-cü ildə "Sahilsiz Dəniz" jurnalının redaktoru işləyib.
2004-cü ildən 2008-ci ilə qədər "Lider" televiziyasının "Azərbaycan" sənədli filmlər redaksiyasında redaktor işləyib. 2008-ci ildən həmin redaksiyanın baş redaktorudur.
50-dən artıq sənədli televiziya filminin ssenari müəllifi və rejissorudur. Rəhbərlik etdiyi yaradıcı qrupun hazırladığı "Azərbaycan qalaları" sənədli filmlər silsiləsi 2009-cu ildə "Humay" mükafatına layiq görülüb.
Filmoqrafiya
İşığı Oğurlanmış Ulduz (2004)
Avanqard (2004)
Mənim Şəhərimin Nağılı (2004)
Uğur Yolu (2004)
Yüksəliş (2005)
Seçim Anı (2005)
Anda Sədaqət (2005)
Şeyx Nizaminin Məzarı (2005)
Yağışlı Günlərin Melodiyaları (2005)
Şeirə Köklənmiş Ürək (2005)
İkinci Dünya müharibəsi və Azərbaycan. I film (film, 2005)
İkinci Dünya müharibəsi və Azərbaycan. II film (film, 2005)
Azərbaycan Faşızmlə Üz-Üzə (2005)
Vergi Sütunu (2005)
Qanun Adından (2005)
Yeni Mərhələ (2005)
Uğur və İnam (2006)
Məhv Edilmiş Şəhər (2006)
Qanlı Yanvara Aparan Yol (2006)
Kosmosdan Gələn Qonaq (2006)
Kamil Əliyevin Sehrli İlmələri (2006)
Fenomen (2006)
İrəli (2006)
Viktor Klayn (2007)
Böyük ömrün 7 anı (film, 2007)
Əziz Əliyev (film, 2007)
Avqust Sazağı (2007)
İrəvan və irəvanlılar. I film. İrəvan (film, 2007)
İrəvan və İrəvanlılar. II Film. İrəvanlılar (2007)
Təbiətin xilaskarı (film, 2007)
Uğur formulu (film, 2007)
Xalqın Oğlu (2007)
Vətən Bilgisi (2007)
Dirçəliş Yolu (2007)
7 il sizinlə (film, 2007)(qısametrajlı sənədli film)(Lider tv)
Böyük Qələbələr İli (2008)
Bir Ömrün Manifesti (2008)
İstiqlalımız (2008)
Bizim Gücümüz (2008)
21-ci Əsrin Lideri (2008)
Gizlədilmiş Həqiqət (2008)
Nur Dolu Ömür (2008)
Tarixin Yaddaşı (2008)
Azərbaycan Qalaları. 16 filmdən ibarət silsilə (2008-2009)
Ruhun və Gücün Zəfəri (2009)
Mərdlik Qalası-Laçın (2009)
İntibah (2009)
Qurtuluş Mübarizəsinin Qalibi (2009)
Böyük Yolun Davamçısı (2009)
Rasim Əliyevin Sənət Formulu (2009)
Gözəlliyə Açılan Pəncərə (2009)
Əsrin Möcüzəsi (2009)
Fərqli Dalğa- 107fm (2009)
Azərbaycan Qalaları: Sumbatan-Xaraba Gilan (film, 2010)
Azərbaycan Qalaları: Oğlanqala-Əlincəqala (film, 2010)
Azərbaycan Qalaları: Naxçıvan qala-şəhəri (film, 2010)
Tarix: 15.01.2013 / 19:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 609 Bölmə: Şairlər və Yazıçılar