Həsənbəyov Yusif Qonaq oğlu (Yusif Həsənbəy) – şair, dramaturq, tərcüməçi, 1959-cu ildən Azərbaycan Yazıçlar Birliyinin üzvü.Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Əsərləri
4 Tərcümələri
5 Həmçinin bax
Həyatı
Yusif Həsənbəy 1932-ci il dekabrın 26-da Azərbaycanın Quba şəhərində anadan olmuşdur. Burada pedaqoji texnikumu bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1952-1956). Sonra Bakıda Azərbaycan LKGİ Səbayel rayon komitəsində təlimatçı, Azərbaycan Dövlət Musiqi Nəşriyyatında ədəbi redaktor, "Bakı" axşam qəzetində ədəbi işçi, tərcüməçi olmuşdur (1956-1969). Moskvada, M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya bölməsində təhsil almışdır (1975-1977). Beynəlxalq PEN təşkilatı Azərbaycan PEN klubunun məsul katibidir (1990-cı ildən). Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin Quba zona şöbəsinin sədridir (1994-cü ildən).
Yaradıcılığı
"Təhsildən qayıdarkən" adlı ilk mətbu əsəri 1954-cü ildə "Azərbaycan" jurnalında dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə çevrilib yayılmışdır. "Ayı kürkü" (1986) və "Dağlarda işıq" (1981) əsərləri əsasında televiziya tamaşası nümayiş etdirilmişdir. "Sehirli üzük" (1973) pyesi Mingəçevir Dövlət teatrında, "Yıxılanı qaldır" (1975) pyesi Ağdam Dövlət teatrında səhnəyə qoyulmuşdur. "Bir həyətin sakinləri" (1981), "Kölgənin kölgəsi" (1984) pyesləri Mədəniyyət Nazirliyi tərəfindən qəbul edilmişdir. Azərbaycan mahnılarını toplayıb tərtib edib dönə-dönə kütləvi tirajla nəşr etdirmişdir. Şeirlərinə mahnı bəstələnmişdir.
Əsərləri
1. Ördəyin balaları. Bakı: Uşaqgəncnəşr, 1960, 16 səh.
2. Yağışda çimən cücə. Bakı: Uşaqgəncnəşr, 1962, 16 səh.
3. Çay dənizə tələsir. Bakı: Azərnəşr, 1963, 32 səh.
4. Qağayı. Bakı: Maarif, 1966, 16 səh.
5. Unutmaram o günləri. Bakı: Azərnəşr, 1966, 99 səh.
6. Mahnılar. Bakı: Azərnəşr, 1967, 202 səh.
7. İnsan ömrü. Bakı: Azərnəşr, 1971, 61 səh.
8. Evin ulduzu. Bakı: Gənclik, 1973, 71 səh.
9. Nəğməli yarpaqlar. Bakı: Azərnəşr, 1976, 78 səh.
10.Zirvə qarı. Bakı: Gənclik, 1978, 129 səh.
11.Məhəbbətli dünyamız. Bakı: Yazıçı, 1980, 205 səh.
12.Günəş doğanda. Bakı: Gənclik, 1981, 68 səh.
13.Məhəbbət məşəlləri. Bakı: Yazıçı, 1984, 189 səh.
14.Xəcalətli qalmayaq (şeirlər və poemalar), B., Yazıçı, 1987, 142 səh.
15.Çəmən gülləri (şeirlər və poemalar). Bakı: Gənclik, 1987, 89 səh.
16.İşığın istisi (şeirlər). Bakı: Gənclik, 2000, 175 səh.
17.Sualtı döyüşlər (roman). Bakı: Şirvannəşr, 2001, 290 səh.
Tərcümələri
(ruscadan)
1.İnadkar sətirlər (Dünyanın klassik və müasir şairlərinin əsərlərindən seçmələr). Bakı:1991, 183 səh.
Tarix: 20.01.2013 / 14:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 412 Bölmə: Şairlər və Yazıçılar