Həyatı
Xəlilov Zahid Abdulla oğlu 1942-ci il mart ayının 20-də Yevlax şəhərində anadan olmuşdur. 1948-1958-ci illərdə Sabir adına 2 saylı şəhər orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1959-1965-ci illərdə ADU-nun (indiki BDU) Filologiya fakültəsinin jurnalistika şöbəsində qiyabi təhsil alıb. Əmək fəaliyyətinə Yevlax Tütün Fermentləmə zavodunda texnik kimi başlamışdır. 1965-1966-cı illərdə Yevlax şəhər mədəniyyət evinin müdiri, "Qələbə" adlı rayonlararası qəzetin redaksiyasında ədəbi işçi, "Təşəbbüs" adlı Yevlax rayon qəzetində məsul katib, "Mübarizə" adlı Goranboy rayon qəzetində ədəbi işçi, məsul katib vəzifələrində işləyib. 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda nəşr olunan "Gənc müəllim" qəzetinin redaktoru təyin olunmuşdur. 1969-1970-ci illərdə Universitetdə partiya komitəsinin katibi seçilib. 1970-ci ildə "Ədəbiyyat tarixi" kafedrasında baş müəllim, 1980-ci ildə "Ədəbiyyat və onun tədrisi" kafedrasında dosent işləyib. 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1975-ci ildə filologiya elmləri namizədi, 1990-cı ildə filologiya elmləri doktoru, 1991-ci ildə professor adını almışdır. 1997-ci ildən ADPU-nun Pedaqoqika fakültəsinin dekanı işləyir. Hazırda Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışır. 2002-ci ildə "Qızıl qələm" mükafatı laureatı adına layiq görülüb.
"Vətənim" adlı ilk şeri 1958-ci ildə, "Yeni Yevlax" qəzetində çap olunmuşdur. Dövri mətbuatda müntəzəm çıxış edir. 1982-ci ildə "Literaturnaya qazeta"da dərc olunan "Kölələr" və "Limonad içməyim" hekayələrinə görə redaksiyanın "Zolotoy telyonok" mükafatına layiq görülmüşdür. Uşaq yazıçısı kimi tanınır.
Uşaq ədəbiyyatını tədqiq edən Beynəlxalq Cəmiyyətin Moskvada keçirilən simpoziumunda (1981), Praqada keçirilən "Məktəbəqədər yaşlı uşaqlar üçün ədəbiyyat" adlanan Ümumittifaq Konfranslarda iştirak etmişdir. Keçmiş SSRİ Dövlətnəşrkomun və SSRİ Yazıçılar İttifaqının Uşaq Ədəbiyyatı Şurasının üzvü olmuşdur.
Yaradıcılığı
Əsərləri
1.Uçan çıraqlar. Bakı: Gənclik, 1969, 42 səh.
2.Qarışqalar. Bakı: Gənclik, 1971, 12 səh.
3.Mən rəngləri tanıyıram. Bakı: Gənclik, 1972, 98 səh.
4.Göydən üç alma düşdü. Bakı: Gənclik, 1974, 119 səh.
5.Quşlar, quşlar. Bakı: İşıq, 1977, 36 səh.
6.Torağaylar oxuyur. Bakı: Gənclik, 1979, 78 səh.
7.Ballıca. Bakı: Gənclik, 1981, 247 səh.
8.Çıraq nənənin nağılları. Bakı: Gənclik, 1983, 231 səh.
9.Cırtdanla Azmanın yeni macəraları. Bakı: Gənclik, 1985, 355 səh.
10.Odlar yurdunun paytaxtı. Bakı: Gənclik, 1992, 105 səh.
11.Dünyanın ən balaca nağılları. Bakı: "Nağıl evi", 2002, 175 səh.
Tərcümələri
(ruscadan)
1.Yuri Kuşak. Qonaq gedir ağ gəmi. Bakı: Gənclik, 1983, 91 səh.
Qalın mətn
Haqqında olan ədəbiyyat
1.Əsgərli Ə. Sənətkarın uşaq dünyası. Bakı: ADPİ, 2003, 145 s.
2.Ağayev Ş. Dünyanın ən balaca nağıllarını yaradan insan. "Təhsil", 2002, 6 aprel.
3.Ələsgərli F. Uşaqları söz sehrinə salan şair. "Vətən səsi", 2002, 23 mart.
4.Əzimov S. Uşaqların, oxucuların sevimlisi Zahid Xəlil. "Təzadlar", 2004, 4-11 may.
5.Mehdiyeva A. Uşaqların sevimli sənətkarı. "Gəncənin səsi", 2004, 8 mart.
6.Rüstəmzadə H., Muradova A. Bahar ətirli şerlər. "Gəncənin səsi", 2003, 19 iyun.
7.Uşaqlarımızın yaxın dostu, böyüklərin həmdəmi Zahid Xəlil. "Vətən səsi", 2001, 16 fevral.
8.Uşaqların sevimlisi. "Tumurcuq", 2000, N4, s.1.
9.Uşaqların taleyindən narahat olan şair. "Xalq nəzarəti", 2003, dekabr.
Tarix: 20.01.2013 / 15:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1024 Bölmə: Şairlər və Yazıçılar