Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rasim Qaraca

Rasim Qaraca — yazıçı, jurnalist.Mündəricat
1 Həyatı
2 Kitabları
3 Filmoqrafiya
4 Həmçinin bax
5 Xarici keçidlər


Həyatı

Rasim Qaraca 18 fevral 1960-cı ildə Əli Bayramlı şəhərində anadan olub. 1985-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Bir müddət "Mayak" və "İşıq" qəzetlərində işləyib. 1990-cı ildə Əli Bayramlıda (indiki Şirvan şəhəri) Azad Yaşar və İsmayıl Bayramoğluyla birlikdə "BACA" ədəbiyyat dərnəyini yaradıb, dərnəyin qeyri-rəsmi mətbuat orqanı olan "Yaşıl söz" bülletenini çap etdirib. 1994-2000-ci illərdə Rusiyada yaşayıb. 2000-ci ildən Bakıda yaşayır. 2002-ci ildə onun təşkilatçılığı ilə Azad Yazarlar Ocağı yaradılıb. 2001-2008-ci illərdə bu quruma rəhbərlik edib. 2002-ci ildən R.Qaracanın redaktoru olduğu "Alatoran" həftəlik ədəbiyyat-sənət bülleteni "Ədalət" qəzetinin əlavəsi kimi işıq üzü görməyə başlayıb. 2004-cü ildən Alatoran müstəqil jurnal kimi yayınlanmağa başlayıb.

Azərbaycanda ilk dəfə müstəqil yazıçı təşkilatının, ilk dəfə müstəqil ədəbiyyat jurnalının və Azərbaycan dilində ilk ədəbiyyat saytının (http://alatoran.org) yaradıcılarından biridir. Ədəbiyyat və yazıçı münasibətlərində Sovet dövründən qalma ənənələrin yenilənməsi və demokratik modellərin Azərbaycana gətirilməsi sahəsində fəaliyyətləri var. Hekayə, şeir və tənqidi məqalələr yazır, tərcümə ilə məşğul olur. Öz yaradıcılığında ənənəvi üslubdan imtina edir, ədəbi eksperimentləri ilə tanınır.

Kitabları
Ölüm haqqında günəş (şeirlər). Bakə: 2002
R hərfi olmayan aylar (şeirlər). Bakı: – 2006
Türkün məsəli (1-2-ci nəşrlər). Bakı: 2005, 2009
Əyri evin qadını (hekayələr). Bakı: 2010
Siz ey ordakılar (şeirlər). Bakı: 2011

Filmoqrafiya
Düyün (film, 2008)


Tarix: 17.01.2013 / 20:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 406 Bölmə: Şairlər və Yazıçılar
loading...