Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Camal Yusifzadə

Bağırov Camal Yusif oğlu - şair, dramaturq, nasir, 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979).

Həyatı

Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakıda ADU-nun tarix fakültəsində təhsil almışdır (1960-1965). Tələbəlik illərində bədii yaradıcılığa başlamış, ilk şerini 1963-cü ildə Lənkəranda çıxan "Leninçi" qəzetində dərc etdirmişdir.

Əmək fəaliyyətinə Lənkəranda "Leninçi" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamış, həm də 2 saylı şəhər orta məktəbində tarix müəllimi olmuşdur (1965-1966). Sonra Bakıda Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləmişdir (1966-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olmuşdur (1972-1990).

Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olmuşdur (1991-1998).

Hazırda həmin şirkətdə Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktorudur (1998-ci il-dən). Onun "Dağlar arxasız olmur", "İtil getlər", "Kim dəli, kim ağıllı", "Ölümü köynəkdən keçirən oğul", "Sabaha ömür payı qazananlar" və s. pyesləri tamaşaya qoyulmuşdur.

Əsərləri
1.Lənkəran nəğməsi. Bakı: Gənclik, 1970, 22 səh.
2.Atlılar, qanadlılar. Bakı: Gənclik, 1975, 53 səh.
3.Yol içində milyon seçdik. Bakı: Gənclik, 1980, 56 səh.
4.Payızdan gələnlər. Bakı: Yazıçı, 1983, 88 səh.
5.Ümiddən keçən yol. Bakı: Yazıçı, 1988, 88 səh.
6.Küləyi döymək olmaz. Bakı: Gənclik, 1993, 48 səh.

Filmoqrafiya
Abşeron lövhələri (film, 2004)(qısametrajlı sənədli film)(Aztv)-ssenari müəllifi
Ağaxan (film, 2006)
Ana duasından başlanan yol (film, 2001)
Aşıq Məhəmməd Sadaxlı (film, 2003)
Aşiqlər (film, 2008)
Atəşgah (film, 2001)
Ayna (film, 2000)
Azərbaycan çayı (film, 2003)
Azərbaycan çinisi (film, 2000)
Azərbaycan üzümü (film, 2002)
Bakı SOS Uşaq Kəndi (film, 2001)
Başmaq (film, 2001)
Bir ocağın nuru (film, 2001)
Bizim qəribə taleyimiz (film, 2005)
Çiçi xalçaları (film, 2002)
Çinarlı şəhərin generalları. Birinci film (film, 1999)
Dan ulduzu, tale ulduzu (film, 2001)
Daşları dindirən alim (film, 2001)
Dədə Qorqud axtarışında (film, 2000)
Dədəgünəş (film, 2000)
Dönüş (film, 1999)
Əkrəm Əylisli. İşıq həsrəti (film, 2003)
Əliməmməd dayı (film, 2001)
Əsrin şahidi (film, 2002)
Əzizə Cəfərzadə (film, 1999)
Əzvay (film, 2005)
Firəngiz Əlizadə. Lüsern-99 (film, 1999)
Girdiman (film, 2003)
Hər şey olduğu kimi. Əminə Dilbazi (film, 2000)
Həsən Abdullayev xatirələrdə... (film, 2007)
Həsən Əbluc (film, 1999)
Xalq rəssamı Kamil Əliyev. İlmələrdə yaşayan ömür (film, 1999)(tammetrajlı sənədli film)(TV)
İlisu (film, 2006)
İşıq (film, 2000)
Kainatın Həsrəti (film)
Kəngərlilər (film, 1999)
Küyçü Həmid (film, 2000)
Lahıc (film, 2004)
Maraqlı adamlar (film, 1999)
Məhəbbətin hökmü (film, 1998)
Məmməd Aslan (film, 2003)
Mirvarid (film, 1998)
Mirzə Babayev (film, 2001)
Molokanlar. Saf ruh (film, 2004)
Mötəbər insanlarımız (film, 2003)
Muğanın Sarvanı (film, 2002)
Müsafir (film, 2001)
Musiqişünas (film, 2001)
Ömrün yuxuları (film, 2001)
Ömürdən qalan izlər (film, 2001)
Qabil (film, 2001)
Qara Qarayev (film, 2003)
Qax abidələri (film, 2001)
Rəhilə Həsənova (film, 2000)
Şahmat nağılı (film, 2001)
Şəkidə toy (film, 2002)
Sənsiz (film, 1998)
Səsin Məcnunu (film, 2002)
Şirin bülbül (film, 2000)
Son zəng (film, 1999)
Şuşa (film, 2001)
Tanrıya tapınan Kiş (film, 2001)
Tarixin şahidləri (film, 2003)
Teatr (film, 2004)
Tənha ruh (film, 1998)
Teymur Əmi (film, 2002)
Xan Sarayı (film, 1993)
Yay yağışları (film, 1999)
Yeraltı şəhərin izi ilə (film, 2004)
Yorulmamışam. Rövşən Behcət (film, 2007)
Zaqatala qoruğu (film, 2001)
Zəli (film, 2003)
Zirvədən boylanan Xınalıq (film, 1999)


Tarix: 14.01.2013 / 19:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 891 Bölmə: Şairlər və Yazıçılar
loading...