Vüqar Mikayıl oğlu Əhməd - nəğməkar şair.Mündəricat
1 Həyatı
2 Kitabları
3 Məqalələri
4 Xarici keçidlər
Həyatı
1963-cü il aprel ayının 17-də Bakı şəhərində anadan olub.
1984-87-ci illərdə Şamaxı rayonu Dərəkənd kəndində dil-ədəbiyyat müəllimi işləyib. Müxtəlif illərdə «Novruz» qəzeti və «Azərbaycan dünyası» nəşriyyatlarında baş redaktor, Azərbaycan Kütləvi İnformasiya Vasitələri həmkarlar komitəsinin sədr müavini vəzifəsində, 1987-ci ildən-2005-ci ilə kimi Azərbaycan Teleradiosunda məsul vəzifələrdə çalışıb. Eyni zamanda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycan Müəllimlər İnstitutunun professorudur.
Azərbaycan Milli Dram Teatrının (Türk işçi teatrı) ilk direktoru və baş rejissoru Bilal Əhmədin qardaşı nəvəsi, bəstəkar, şair-dramaturq Mövsüm Əhmədin kiçik qardaşıdır. Ailəlidir, bir oğlu, bir qızı var.
1980-ci ildə Bakıdakı M.Müşfiq adına 18 saylı orta məktəbi, 1984-cü ildə indiki ADPU-nu «Fərqlənmə» diplomu ilə, 1990-cı ildə Pedaqoji Universitetin aspiranturasını bitirib. 1992-ci ildə filologiya elmləri namizədi, 2005-cü ildə isə filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.
«Rus uşaq ədəbiyyatı və Azərbaycan» (Bakı, 1992), «Mircəfər Pişəvərinin həyat mühiti və yaradıcılığı» (Bakı, 1998), «Azərbaycan uşaq ədəbiyyatı» (Bakı, 2006), «Ədəbiyyatşünaslıq» (Bakı, 2007) və s. kimi 25 kitab və 300-dən çox elmi, publisistik məqalə müəllifidir. Əsərləri İran, Türkiyə, Yunanıstan, Almaniya və digər ölkələrdə çap olunub. Nəğməkar şair kimi 500-dən çox mahnının söz, eləcə də musiqi müəllifidir.
Filologiya elmləri doktoru, professor, Nyu-York EA-nın həqiqi üzvü, eləcə də Azərbaycan Yazıçılar və Jurnalistlər birlikləri, «Muğam» assosiasiyasının, Bakı şəhəri icra hakimiyyəti ali mədəniyyət şurasının üzvüdür.
«Araz» ali ədəbi, «Abdulla Şaiq», «Məmməd Araz», «İlin nəğməkar şairi», 2 dəfə «Zirvə», «İlin mahnısı» və s. mükafatlarla təltif olunub.
Kitabları
"Ağ saçlı palma"
"Aktyorun dəfni"
"Rus uşaq ədəbiyyatı və Azərbaycan" (Bakı, 1992),
"Hər kəsin öz səsi" (elmi məqalələr toplusu).«Azərbaycan dünyası». Bakı, 1993.
"Şahnaz sədası" «Şərq-Qərb», 1994.
"Mircəfər Pişəvərinin həyat mühiti və yaradıcılığı" (Bakı, 1998),
"Səsi Quran sədasıdı". «Araz» nəşriyyatı. Bakı, 2002.
"Mənim nəğmələrim". «Araz» nəşriyyatı. Bakı, 2002.
"Saf su" (İ.Hüseynov). El-Alliance. Bakı, 2003.
"Ürəyimdə oxuyuram". El-Alliance. Bakı, 2003.
"Söz musiqi bir də mən". «MBM» MMC-nin mətbəəsi. Bakı, 2003.
"Yaxşı günlər öndədir". «Şur» nəşriyyatı. Bakı, 2005
"Azərbaycan Uşaq Ədəbiyyatı", Bakı ,“Müəllim” nəşriyyatı. 2006.
"Anam mənim". Köçürən, ön söz yazan Savalan. Tehran, 2007, İSBN
"Ədəbiyyatşünaslıq". «Müəllim» nəşriyyatı. Bakı, 2008
"Cənubi Azərbaycan poeziyasında yeni mərhələ (2001-2010-cu illər)"
"Əfsanəvi tarzən"
"Elmi-filoloji qaynaqlar, ədəbi simalar haqqında düşüncələ"
"Şeyx Məhəmməd Xiyabaninin həyatı, mühiti və ədəbi fəaliyyəti"
"Şeyx Məhəmməd Xiyabani"
"Nəğməli dünyam"
"İlhamım gələndə..."
Məqalələri
1.Görkəmli pedaqoq Qafur Rəşad Mirzəzadə. «Azərbaycan məktəbi» jurnalı. Bakı, 1989.
2.Uşaq jurnalımızda rus və dünya ədəbiyyatının təbliği. «Müxbir» jurnalı, №8. Bakı, 1989.
3.Yetkinlik. (S.Əhmədovun iki cildliyi). «Azərbaycan» jurnalı. Bakı, 1992.
4. Peyğəmbərin poetik obrazı. Tehran. «Barlıq» jurnalı. 1994; iyun, avqust.
5.Böyük Füzulimizin yadigarı mən özüməm. Tehran. «Barlıq» jurnalı, 1994.
6. Batı Trakyalı Fəyyaz Salam. «Türk ədəbiyyatı» məcmuəsi. Yunanıstan, 1995.
7. İran mehriban qonşumuzdur. «Əhli qələm» jurnalı. Tehran. 1995.
8.M.C.Pişəvərinin bədii yaradıcılığı. N.Tusi adına APU-nun filologiya məsələləri. №2. Bakı, 1996.
9. Pişəvəri və bədii tərcümə. Tusi adına Azərbaycan Pedaqoji Universitetinin filologiya məsələləri. Humanitar elmlər seriyası, №1. Bakı, 1996.
10. Pişəvərinin klassik ədəbi irsə münasibəti. ADPU «Xəbərləri». Humanitar elmlər seriyası, №1. 1997.
11 Pişəvərinin publisistikası. ADPU «Xəbərləri». Pedaqoji, psixoloji elmlər seriyası, №2, 1997.
12. Pişəvərinin həyatı və mühiti. ADPU «Xəbərləri». Pedaqoji, psixoloji elmlər seriyası, 1997. №1.
13. Pişəvəri və dövrü mətbuat. AMEA Nizami adına Azərbaycan ədəbiyyatı muzeyi. Bakı, 1997.
14.Pişəvəri.Güney Azərbaycan və ziyalılarımız. «21 Azər» jurnalı, 1998.
15. Pişəvərinin müəmmalı ölümü. «Azərbaycan» jurnalı, 1999.
16. Pişəvəri həyatı və yaradıcılığının qısa xülasəsi. AMEA Nizami adına Azərbaycan ədəbiyyatı muzeyi. Bakı, 2001.
17. Pişəvərinin ilk məhsulları. AMEA Nizami adına Azərbaycan ədəbiyyatı muzeyi. Bakı, 2001.
18. M.C.Pişəvərinin uşaqlıq və gənclik illəri. Əmək fəaliyyətinin Bakı mərhələsi. AMEA Nizami adına Azərbaycan ədəbiyyatı muzeyinin əsərləri. Bakı, 2002.
19. Cənubi Azərbaycan poeziyasında ictimai motivlər. Azərbaycan MEA «Elmi xəbərlər». 2006.
20. Mənəvi dəyərlərimizə yenidən qayıdaq. Azərbaycan Dillər Universitetinin konfrans materialları, 2006.
21. “Qafur Rəşad Mirzəzada”. AMİ-nin “Xəbərləri”,N2, 2007.
22 Novruz dini bayram deyil”. İdeal jurnalı. 2008.
23. M.C.Pişəvəri və Azərbaycan demokratik firqəsinin yaranması. «Önər» jurnalı, №2. 2003.
24. Pişəvərinin “Zindan xatirələri”. «Azərbaycan» jurnalı. №11, 2004.
25. Çayoğlunun yaradıcılığı. “Bakı-Təbriz”, 2006.
26. Çağdaş Güney Azərbaycan poeziyası. “Bakı-Təbriz”, №3.
27. “Vətən dili”-keçmişimiz , bu günümüz. AMİ-nin xəbərləri. 2008.
28. Memuarı o realğnıx sobıtıəx proşloqo. “Azərbaycan məktəbi”. 2007.
29. XX əsrin əvvəllərində uşaq ədəbiyyatı uğrunda mübarizə. “Sənətkar” jurnalı.
30. Cənubi Azərbaycan lirikasında ictimai motivlər. Az.MEA “Ədəbiyyat”məcmuəsi. “Elm”. Bakı, 2006.
31. Ədəbi qaynaqlar yeni baxımdan tədqiq edilməlidir. Azərbaycan dili və ədəbiyyatın tədrisi. Bakı, 2007.
32. Arzum-arzuların çin olsun. Professor V.Arzumanlı Soraq kitabı. “Qartal”. Bakı, 2007
Tarix: 19.01.2013 / 16:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 843 Bölmə: Şairlər və Yazıçılar