Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Afaq Nəbiqızı

Cavadova Afaq Nəbi qızı (Afaq Nəbiqızı) — yazıçı.

Həyatı

Afaq Nəbiqızı 1950-ci il dekabrın 23-də Ağcabədi rayonunda anadan olmuşdur. Uşaq ikən ailəsi Beyləqan rayonuna köçmüşdür. Beyləqandakı 1 saylı şəhər orta məktəbi, 1975-ci ildə isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Beyləqan 1 saylı şəhər və Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbində ədəbiyyat müəllimi işləmişdir. 1983-cü il mayın 6-da Bakıda vəfat etmişdir. Beyləqan rayonunda dəfn olunmuşdur. Aynur və Ülkər adında iki qızı, Məhəmməd, Yağmur və Afaq adlı nəvəsi var.

Yaradıcılığı

Afaq Nəbiqızının sağlığında dövri mətbuatda cəmi bir neçə hekayəsi dərc olunmuşdur. "Acıbağırsaq" adlı ilk hekayəsi 1980-ci ildə "Ədəbiyyat qəzeti"ndə işıq üzü görmüşdür. "Qeybdən gələn səslər" adlı ilk kitabı 1990-cı ildə (ölümündən sonra) nəşr olunmuşdur. Kitaba "Həmin sentyabr səhəri" adlı povest və müxtəlif mövzularda yazılmış hekayələr daxil edilmişdir.

A. Nəbiqızı kiçik yaşlı məktəblilər üçün də xeyli maraqlı hekayə, nağıl, povest yazmışdır.

Əsərləri
Qeybdən gələn səslər. Bakı, Yazıçı, 1990, 148 səh.


Tarix: 13.01.2013 / 13:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 419 Bölmə: Şairlər və Yazıçılar
loading...