Şıxəli Qurbanov - filoloq-alim, şair, yazıçı, dramaturq, ədəbiyyatçı, dövlət və ictimai xadim. Filologiya elmləri doktoru, Azərbaycan Dövlət mükafatı və Üzeyir Hacıbəyov adına mükafatın laureatıdır. Ş.Qurbanov 1960-cı illərdə Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik etmişdir. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur.Mündəricat
1 Həyatı
2 Ölümü
3 Mənbə
4 İstinadlar
Həyatı
Şıxəli Qurban oğlu Qurbanov 1925-ci ildə Bakıda doğulmuşdur.
Şıxəli Qurbanovu müasirlərindən fərqləndirən, heysiyyət və ləyaqət baxımından çağdaşlarından bir neçə pillə yuxarı qaldıran ümdə bir keyfiyyəti vardı: O, heç bir üstünlüyü, imtiyazı, maaşı-muzdu olmayan, əksinə, fədakarlıq və məhrumiyyət tələb edən vətəndaşlıq vəzifəsini daşıdığı titulların hamısından yüksək tuturdu.[1]
Şıxəli Qurbanov gündəlik fəaliyyətində - çoxsaylı görüşlərdə, yığıncaq və konfranslarda dövlət adamı kimi yox, millət xadimi kimi çıxış edirdi. Çünki onun dövləti yox idi, o bu həqiqəti yaşıdlarından xeyli əvvəl dərk etmişdi. Tale onu axına qarşı getməyə, donuq ehkamları və əski qəlibləri sındırmağa məhkum etmişdi. O bu məhkumluqda nəsə tapmışdı.
Mən indi artıq illərin dumanları arxasında qalmış 1967-ci ildə orta məktəbdə müəllimlik edirdim. Səhv etmirəmsə, martın əvvəlləri idi. Şəhərə xəbər yayıldı ki, Mərkəzi Komitənin katibi şəhərə gəlib. Bu xəbər günün günorta çağlarında səmada çaxan şimşək rəqsinin effektini yaratdı. Hamı Onun gəlişinin təsadüf, sıradan, adi görüş olmadığını bilirdi. Dram Teatrında partiya-sovet fəallarının yığıncağında O, şəhər rəhbərliyinə (rəhbərlikdə rus və erməni funksionerlər yetərincə idi) milli kadrları yüksək vəzifələrə irəli çəkmək barədə tövsiyələrini verdi. Belə bir göstəriş aşırı və saxta beynəlmiləlçilik xəstəliyinə tutulanlar üçün gözlənilməz oldu. Alovlu vətənpərvər milli düşüncə və duyğularını açıq şəkildə dilə gətirirdi. Az sonra böyük Vətəndaşın təşəbbüsü ilə Novruz bayramı dövlət səviyyəsində qeyd olundu. Xalq tonqalların işığında özünün tarixi yaddaşına - kökünə, mənşəyinə, ilkinliyinə və bütövlüyünə qayıtmağa başladı.
Şıxəli Qurbanov ailəsi ilə
1967-ci ilin Novruz tonqalları yalnız küçələri, meydanları yox, həm də ən başlıcası illərin dözülməz ağırlığı altında sıxılan, boğulan, mühitin qaranlıqlarına bürünən ürəkləri, beyinləri işığa qərq etdi. Tonqaldan ayrılan qığılcımlar, çınqıllar xalqda öz gələcəyinə təminatlı inam, perspektivli ümid yaratdı. Üstəlik Odlar yurdunda qalanan tonqallar, qara əllərin, qara yellərin söndürdüyü milli şüur ocaqlarını alovlandırdı. Tarix və milli vicdan müasirliyin divanında yenidən sınağa çəkildi, dəyərlərin yenidən dəyərləndirilməsi prosesinə təkan verildi. 2 Xalqın, toplumun millətə çevrilməsi işi yeni sürət və vüsət götürdü. Lider vaxtın nəbzini tuta bilmişdi. Doğrudur, bu sahədə ədəbiyyat, illah da ki, onun çevik və operativ janrı olan poeziya xeyli iş görmüşdü. Ancaq milli özünüdərkin formalaşması məsələsinə Mərkəzi Komitənin, xüsusilə onun rəhbərlərindən birinin müdaxiləsi o vaxtın görünməmiş hadisələrindən sayılmalıdır.
Şıxəli Qurbanova qədər Azərbaycanın partiya nomenklaturasında belə bir cəsur addımı atana, kişilik və ləyaqət səviyyəsində fədakarlıq göstərən ikinci bir vəzifə sahibinə rast gəlinməmişdi. Millətin belindən gəlmiş, çoxillik ağrılarından doğulmuş MK katibi, şair, dramaturq və elmlər doktoru bu addımı ömrü bahasına atmışdı.
Az sonra o, bəzən gizli, bəzən açıq şəkildə təqib olunmağa başladı. Nömrəsiz maşınlar, mülki geyimli şəxslər Onu nəzarətə götürür, izləyir, əməlləri sayaq qara adamlar milli fikir öndərini qarabaqara təqib edirdilər. Onu balaları və ömür-gün yoldaşı ilə sevincini-dərdini bölüşdüyü, birgə nəfəs aldığı bu dünyadakı mənzilindən ayırıb gedər-gəlməzə - son mənzilə yola salmağa hazırlaşırdılar. Sonucda da namərd diş həkiminin əlləri ilə başdan-başa enerji və işıq mənbəyi olan bir insanın, Vətəndaşın və Millət oğlunun ömrünə nöqtə qoyuldu.[2]
Ölümü
Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olmuşdur. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. Qurbanovu izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil
1967-ci ilin may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov ölmüş, həkim pəncərədən qaçmışdır. Ailəsi onun ölümünün dövlət səviyyəsində hazırlandığını iddia edir. Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova: «Aydın məsələdir ki, Şıxəli Qurbanovu öldürüblər. O zaman vəzifəyə gəlmək istəyənlər dövlət səviyyəsində bunu təşkil etdilər. Məlum oldu ki, ona sianid turşusu vurublar». Bu hadisə Azərbaycan SSR Kommunist Partiyasının növbəti birinci katib seçkisi ilə bağlı plenumundan qısa müddət əvvəl baş vermişdi.
Tarix: 19.01.2013 / 15:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 590 Bölmə: Şairlər və Yazıçılar