Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şiruyə Həsənoğlu

Şiruyə Həsənoğlu (Sərraf Şiruyə) – şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.Mündəricat
1 Həyatı
2 Şəkilləri
3 Məqalələri
4 Kitabları
5 Mənbə


Həyatı

Hacıyev Şiruyə Həsən oğlu 1942-ci il sentyabrın 11-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində şair Həsən Xəyallının ailəsində anadan olub. Uşaq çağlarından atasından ərəb və fars dillərində yazıb-oxumağı öyrənən Şiruyə elə ilk məktəb yaşlarından şeirə böyük maraq göstərmişdir.

1960-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbini bitirdikdən sonra, 1962-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub və 1968-ci ildə oranı bitirmişdir. Həmin ildən Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbində müəllim işləmişdir.

1972-ci ildən 1980-ci ilə kimi Yeni Daşkənd kənd orta məktəbində direktor müavini və Bərdə rayonu "Bilik" cəmiyyətində mühazirəçi işləmişdir.

1993-1997-ci illərdə dini mədrəsəni bitirmişdir.

Sərraf Şiruyə 1992-ci ildən 1996-cı ilə kimi döyüş bölgələrində hərbi jurnalist kimi fəaliyyət göstərmişdir. İgid döyüşçülərimizin qəhrəmanlığından bəhs edən və vətənpərvərlik mövzusunda 15-ə yaxın poemanın müəllifidir.

Erkən yaşlarından yaradıcılığa başlayan Sərraf Şiruyə 1962-ci ildən dövrü mətbuatda şeirləri ilə çıxış edir və yazdığı şeirlər pərəstişkarlarının dillər əzbəridir.

"Ağlama bülbül, ağlama"(1994), "Ölümdən sonrakı ömür" (1997), "Bu ocağın odu sönməz"(1998), "Cəsurlar"(2000), "İgid ölər, adı qalar"(2002), "Ayrılığın sonu varmış"(2006), "Könlüm Göyçəni istər"(2006), "Tərtərin yaralı cəngavərləri"(2006), "Mən haqqa sığınmışam"(2007), "Hər görüş bir xatirədir"(2007), "Göyçədən gələn səslər"(2008) və seçilmiş əsərləri (altı cild) kitabları çap olunub.

Hal-hazırda Bərdə rayonu Yeni Daşkənd kəndində yaşayır və ədəbi fəaliyyətini davam etdirir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm", "Məmməd Araz" və "H.B.Zərdabi" mükafatları laureatıdır.

15 noyabr 2007-ci ildə "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi"nin Vətənpərvərlik mövzusunda yazılmış şeirlərinə və poemalarına görə "Fəxri Fərman"ı ilə təltif edilmişdir.

Şəkilləri
Ailə arxivindən

Sərraf Şiruyə, (?), Əli Vəliyev, (?) və Qulu Xəlilov.

Sücaət Əhmədov və Sərraf Şiruyə.1984-cü il KƏlbəcər-İsti-su

Şair Sərraf Şiruyə soldan birinci. 16 may 1971-ci il.

Sərraf Şiruyə1968-ci il

Papır Canbaxışov, Sərraf Şiruyə, Aşıq Cahad, İsgəndər Hidayətov, Molla Əmirxan. İstisu, Kəlbəcər, 1980-ci il.

Məqalələri
"Göyçə deyincə..."
"Ermənilər Aşıq Nəcəfi necə öldürdülər?", Bütöv Azərbaycan qəzeti. № 05. 11 dekabr 2008-ci il.

Kitabları
"Ağlama, bülbül, ağlama", Bakı, "Gəncə" nəşriyyatı, 1994, 372 səh., 10.000 tiraj.
"Ölümdən sonrakı ömür", Gəncə, "Gəncə" nəşriyyatı, 1997, 172 səh., 1000 nüs.
"Bu ocağın odu sönməz", Gəncə, "Gəncə" nəşriyyatı, 1998, 76 səh., 200 nüs.
"Cəsurlar", Bakı, "Gənclik", 2000, 100 səh., 500 nüs.
"İgid ölər, adı qalar", Gəncə, "Gəncə" nəşriyyatı, 2002, 304 səh., 500 nüs.
"Ayrılığın sonu varmış", Bakı, "Nurlan", 2006, 192 səh., 200 tiraj.
"Könlüm Göyçəni istər", Bakı, "Nurlan", 2006, 192 səh., 1000 nüs.
"Tərtərin yaralı cəngavərləri", Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2006, 288 səh., 400 tiraj.
"Mən haqqa sığınmışam", Bakı, "Nurlan", 2007, 200 səh., 500 tiraj.
"Hər görüş bir xatirədir", Bakı, "Nurlan", 2007, 248 səh., 500 tiraj.
"Göyçədən gələn səslər", Bakı, "Nurlan", 2008, (164+20) səh., 200 tiraj.
Seçilmiş əsərləri, I cild (Təcnislər), Bakı, "Nurlan", 2008, səh.180, 500 nüs.
Seçilmiş əsərləri, II cild (Poemalar), Bakı, "Nurlan", 2008, 384 səh., 500 tiraj.
Seçilmiş əsərləri, III cild (Poemalar), Bakı, "Nurlan", 2008, 320 səh., 500 tiraj.
Seçilmiş əsərləri, IV cild (Qoşmalar), Bakı, "Nurlan", 2009, səh.304, 500 nüs.
Seçilmiş əsərləri, V cild (Qoşmalar), Bakı, "Nurlan", 2010, səh.272, 500 nüs.
Seçilmiş əsərləri, VI cild (Gəraylılar), Bakı, "Nurlan", 2010, 200 səh., 500 tiraj.
Seçilmiş əsərləri, VII cild (Müxtəlif şeirlər), Bakı, "Nurlan",
Seçilmiş əsərləri, VIII cild (Poemalar), Bakı, "Nurlan",
Seçilmiş əsərləri, IX cild (Dastanlar), Bakı, "Nurlan",
Seçilmiş əsərləri, X cild Bakı, "Nurlan",

Mənbə
Araz Yaquboğlu, Bir kökün budaqları, Bakı, "Nurlan", 2006. səh.95-108.
Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008.
Mütəllim Həsənov "Sərraf Şiruyənin təcnis çələngi". Ədalət qəzeti. №65(3141). 18 aprel 2009-cu il.
Həsən Hüseynov, "El şairi Sərraf Şiruyə" Nəbz qəzeti. № 18(757). 16 may 2009-cu il.
Qara Namazov, "Sözün sərrafı". Bizim söz qəzeti. № 2. 15 iyun 2009-cu il.
Ziyəddin Məhərrəmov, "Kökə bağlılığı yaşadan söz ustadı", Ulduz jurnalı, №2, 2012. səh.56-58.


Tarix: 19.01.2013 / 15:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 530 Bölmə: Şairlər və Yazıçılar
loading...