Sabir Mustafayev (d. 1939) — Azərbaycan şairi, tərcüməçisi
M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun (İndiki ADDU) Avropa Dilləri fakültəsinin İngilis dili şöbəsində təhsil almış Sabir Mustafayev əmək fəaliyyətinə orta məktəbdə ingilis dili müəllimi kimi başlamışdır. Elə həmin illərdən də dövri mətbuat səhifələrində müntəzəm çıxışları, məqalə və tərcümələri, şeirləri ilə çıxış etməyə davam etmişdir. "Daha uşaq deyiləm" (1973), "Hədiyyə" (1982), "Məhəbbət ölmür" (1986), "Mən bu elin oğluyam" (1989), "Mənim taleyim" (1991), və s. şeir kitabları işıq üzü görmüşdür. Eyni zamanda uzun illər tərcümə sənəti ilə məşğul olan şair V. Şekspirin ölməz faciələri - "Romeo və Cülyetta", "Otello", "Hamlet", "Kral Lir", "Maqbet" və s. ingilis dilindən azərbaycan dilinə tərcümə etmişdir. V.Şekspirin "Sonetləri" (1980, 1992), "Pyeslər"i (1989) tərcümələri də kitab halında çap olunmuşdur. Frank Baumanın "Öz ölkəsinin möcüzələri", "Uzaq ellərdən doğma nəğmələr" kitablarının tərcüməsi də S.Mustafayevə aiddir.
XX əsrin 60-70-ci illərindən Azərbaycanda orijinaldan birbaşa tərcümə problemləri ilə geniş məşğul olmuş Sabir Mustafayev bir çox əcnəbi şairlərin Azərbaycan dilinə tərcüməsində böyük rol oynamış, belə tərcümənin gözəl nümunələrini yaratmışdır.
Tarix: 19.01.2013 / 15:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 301 Bölmə: Şairlər və Yazıçılar