Haşım Tərlan — şair.
Həyatı
Haşım Tərlan 1923-cü ildə Bakı şəhərində anadan olmuş, ilk təhsilini burada almışdır. O, kiçik yaşlarından şeir yazmağa başlamışdır.
Tərlanın ailəsi Cənubı Azərbaycanda olduğu üçün, 1938-ci ildə onlar İrana köçüb, Sərab şəhərinin yaxınlığında, ata-baba yurdları olan Zangilabad kəndində məskən salırlar. İkinci dünya müharibəsi dövründə Tərlan kəndi tərk edərək Tehrana köçür, orda bir müddət nəqar işləyir, sonra tikiş fabrikində işə düzəlir.
1946-ci ilin dekabrında Cənubi Azərbaycanda milli hərəkat boğulduğdan sonra Tərlan bir müddət həbsə alınır və sürgün olunur. Azad olandan sonra o, yaradıcılığını gah gizli, gah açıq şəkildə davam etdirir.
H. Tərlan 1964-cü ildən etibarən Səlamullah Cavidin Tehranda təşkil etdigi "Dostlar görüşü" ədəbi məclisinə cəlb olunur, məclisin iclaslarinda fəal iştirak edir.
Tərlanin ilk yaradıcılıq dövrünü əhatə edən "Alovlu şeirlər" adlı kitabı oxucuların böyük rəğbətini qazanmışdır.
Yaradıcılığı
Mənimdir
Əziz Vətən, sənin doğma elində
Bitən lalə, açan güllər mənimdir.
Bu şövkətli, əzəmətli torpağın
Qoynundakı igid ellər mənimdir.
Aslan kimi xalqımdakı çox hünər,
Tarix bilir vüqarlıdır dağ qədər.
Bülbül kimi nəğmə deyən hər səhər,
Sazındakı səslı tellər mənimdır.
Səadətdən ilham aldı elimiz,
Günəş çıxdı işıqlandı günümüz,
Yurdumuzun şöhrətidir dilimiz,
Bu şöhrətli şirin dillər mənimdir.
İndi doğma diyar qeyinir əlvan,
Vətən göylərindən çəkilir duman,
Fəxridir könlümə bu nur hər zaman,
Azərbaycan adli ellər mənimdir.
Mənəm
Çox da öz elimdə, vətənimdəyəm.
Yadlar əlində əzilən mənəm.
Öz doğma dilimdə danişsam da mən,
Dili xəncər ilə kəsilən mənəm.
Suleyman Rüstəmə dərd olub vətən,
Göz yaşı ələnib şerlərindən.
Rüstəm olmasaydı deyərdim ki, mən,
Əli hər tərəfdən üzülən mənəm.
Bilirəm, bilirsən nədir kədərim,
Qaranlıq gecədir aydın səhərim.
Çap üzü görməyən söz incilərim,
Taxçada yan-yana düzülən mənəm.
Qan qardaşım deyir keçdin varından
Ah çəkdi baxdıqca öz diyarından.
Zəmanın eybəcər barmaqlarından
Babəkin al qanı süzülən mənəm.
Tarix: 15.01.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 506 Bölmə: Şairlər və Yazıçılar