Nemət Bayramalı oğlu Veysəlli - Azərbaycan Yazıçılar Birliyinin (1985-ci il) və Azərbaycan Jurnalistlər Birliyinin (1978-ci il) üzvü.
Həyatı
21 mart 1941-ci ildə Qaryagin rayonunun (indiki Füzuli rayonu) Yuxarı Veysəlli kəndində anadan olub. Yeddillik kənd məktəbini bitirdikdən sonra Martuni rayonunun beynəlmiləl orta məktəbində təhsil almışdır (1957-1959).
Horadiz pambıqtəmizləmə zavodunda (1960) fəhlə işləmişdir. 1961-1964-cü illərdə Sovet Ordusu (Ukrayna, Odessa) sıralarında qulluq etmişdir. Bir müddət Bakı Şin zavodunda fəhlə (1964-1975), sonralar isə böyük tərbiyəçi vəzifəsində çalışmışdır.
Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir (1971).
Yaradıcılığı
İlk bədii publisistik yazıları “Araz”, “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Ədəbiyyat və incəsənət” qəzetlərində, “Qobustan” incəsənət toplusunda dərc edilmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Tele-Radio şirkətində, radionun “Xəbərlər” informasiya redaksiyasında redaktor, sonra isə “Azərbaycan qadını” jurnalında işləmişdir.
1976-1993-cü illərdə Azərbaycan Yazıçılar İttifaqında, “Azərbaycan”, “Ulduz” jurnallarının publisistika şöbələrində çalışmış, “Qobustan” incəsənət toplusunda şöbə müdiri (1999-2001), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin orqanı olan “Mədəniyyət” gəzetində baş redaktor (2001-2006), “Qarabağın səsi” qəzetində baş redaktor (2007-2008) işləmişdir. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Redaksiya, nəşriyyat” şöbəsində işləyir.
Əsərləri
“Sehrkar səslər, əfsanəvi rənglər”, (“Yazıçı”, Bakı, 1984)
“Sular qovuşan yerdə” (“Gənclik”, Bakı, 1985)
“Hər şeydən uca” (“Gənclik”, Bakı)
“Düzlərin ağ işığı” (Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 1988)
“Evimiz yuxuma girir” (“Yazıçı”, Bakı, 1991)
“Salamat görməyimə şadam” (“Mütərcim”, Bakı, 1998)
“Sənsiz keçən illər” (“Gənclik”, Bakı, 2000)
“Bəylər bəy” (“Adiloğlu”, Bakı, 2004)
“Həyat sevən insan” (“Azərbaycan” nəşriyyatı, Bakı, 2004)
“Şəhərlər, evlər, naxışlar” (“Günəş”, Bakı, 2005)
“Yaş həddinə görə” (“Günəş”, Bakı, 2006)
“Piyadaların döyüşü” (“Yaddaş Media”, Bakı, 2010)
Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatları dövrdə, 1993-cü il may ayının 21-dən könüllü olaraq (1996-cı ilədək) Azərbaycan Müdafiə Nazirliyinin orqanı “Azərbaycan ordusu” qəzetinin döyüş bölgələri üzrə xüsusi müxbiri vəzifəsində fəaliyyət göstərmişdir.
Nemət Veysəlli cəbhə bölgələrindən operativ materiallar hazırladığına, “Azərbaycanda gedən müharibəni yüksək peşəkarlıqla, obyektiv və fədakarcasına işıqlandırdığına görə”, “Səhər” qəzetinin, Beynəlxalq Avrasiya Mətbuat fondunun diplomlarına (1993-1994), AKİVİHİ-nın “Qızıl qələm” (1994) mükafatlarına layiq görülmüşdür.
Tarix: 17.01.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 539 Bölmə: Şairlər və Yazıçılar