Əbdürrəhim bəy Haqverdiyev (17 may 1870, Şuşa – 17 dekabr 1933, Bakı) — yazıçı, dramaturq, pedaqoq.
Həyatı
Əbdürrəhim bəy Haqverdiyev 17 may 1870-ci ildə Şuşada bəy ailəsində anadan olub. 3 yaşı olanda atası Əsəd bəy vəfat edib. O, əvvəlcə əmisi Əbdülkərimin, sonra isə atalığı H.Sadıqbəyovun himayəsi altında yaşayıb.
Doğma səhərində real məktəbin altinci sinifini bitirib. Orta təhsilini Tiflisdə tamamlayan gənc Əbdürrəhim bəy 1891-ci ildə ali təhsil almaq üçün Peterburqa gedib, Yol Mühəndisləri Institutuna qəbul edilib. O, eyni zamanda, azad dinləyici kimi Peterburq Universitetinin Sərq fakültəsində dil və ədəbiyyata dair müzakirələrə qulaq asıb, müsəlman tarixi və mədəniyyəti ilə maraqlanıb.
Nasir, Dramaturq, Ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi Haqverdiyev Əbdürrəhim Əsəd oğlu—Nasir, Dramaturq, Ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi (1932), Birinci Diplomat və Dirijor 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri Yaxınlığında olan Ağbulaq kəndində doğuluşdur. İbtidai təhsili 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa realnı məktəbində almışdır (1881-1890). Tiflis realnı məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almışdır (1891-1899). Tələbəlik dövri azad müdavim sifət ilə universitetin şərq fakültəsinin dinləyicisi olmuşdur. Onda ədəbiyyata güclü meyl oyanmışdır."Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan tifaq" (1896) əsərlərini yazmışdır. "Dağılan tifaq' (1899) Peterburqda nəşr edilmişdir. Ali təhsil alıb Şuşaya qayıtmış. burada tamaşalar təşkil etmişdir Bakıda olan rəhbərliyi ilə Şərq konsertləri verilmişdir (1902-1903), Burada ilk Hekayələrini ("Ata və oğul", "Ayin şahidliyi") yazıb İki Hekayət" adı ilə çap etdirmişdir 1905-ci il inqilabdan sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş, Peterburqa getmişdir(Azərbaycanın Birinci Diplomatların Sıralarda hesab olunur) ) ada dövlət kitabxanasında yeni əsərinə (Ağa Məhəmməd şah Qaçar) materiallar toplamış. İrana-Mazandaran vilayətinə səyahət etmişdir (1907). "Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri. tamaşanı idarə etmişdir., "Nicat" cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət etmiş, "Ceyranəli", "Xortdan". "həkimi-nuni-səqir". "Laqlaqı". "Mozalan", "Süpürkəsaqqal" və s imzalarla "Molla Nəsrəddin" jurnalında hekayə. felyeton çap etdirmişdir Həştərxanda Yaşadığı müddət şəhərin mədəni-ictimai Həyatında ciddi çalışmışdır (1910) Sonra Ağdama köçüb orada Yaşamışdır (1911-1915). Tiflisdə "Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri" aylıq məcmuənin müdiri olmuş (1916-1917), fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilmişdir (1917). həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunmuşdur (1918) Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunmuşdur. Azərbaycan milli teatrı yaranmasının 50 illiyi münasibəti ilə keçirilən yubileyə başçılıq etmişdir Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxumuş, elmi kadrların Hazırlanmasında əlindən gələni əsirgəməmişdir. Burada yerli komitənin sədri (1922). "Azərbaycanı tədqiq və tətəbbö cəmiyyətinin sədr müavini və sonra sədri (1923-1925) olmuşdur Bu, ilk elmi-tədqiqat müəssisəsi idi. Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi fəal çalışmışdır (1924). Rusiya Elmlər Ağa-demiyasının nəzdində olan ölkəşünaslıq bürosunun beşinci elmi sessiyasında yekdilliklə akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv seçilmişdir (1924). Şərq fakültəsinin katibi (1922-1925), Azərbaycan lilypa Yazıçılar İttifaqının məsul katibi (1931-1932) olmuşdur. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fəxri fərmanına layiq görülmüşdür (1933) Bədii tərcümə ilə ardıcıl məşğul olmuşdur Rus, erməni və Qərbi Avropa ədəbiyyatından bir sıra qiymətli tərcümələr etmişdir onun əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur 1933-cü il dekabrın 11-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur..
Yaradıcılığı
Əbdürrəhim bəy Haqverdiyev
Əbdürəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxudugu zaman başlamış, M.F. Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik bir pyes yazmışdı. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyl və həvəsi daha da çoxalır. O, burada olarkən "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) dramını və "Dağılan tifaq" (1896) faciəsini yazıb.
1899-cu ildə Azərbaycana qayıdan Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamasalara rejissorluq edib. Eyni zamanda bədii yaradıcılığını da davam etdirib: "Bəxtsiz cavan" (1900) və "Pəri-cadu" (1901) faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. 1906-cı ildə "Həyat" qəzetində hekayələr və Molla Nəsrəddin jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirib. "Marallarım", "Xortdanın cəhənnəm məktubları", "Şeyx Şaban", "Xəyalət", "Ac həriflər" və sair əsərlərin müəllifidir. Əbdürrəhim bəy Haqverdiyev 1933-cü ildə Bakıda vəfat edib.
Filmoqrafiya
Marallarım (film, 1963)
Evlənmək istəyirəm (film, 1983)
Ac həriflər (film, 1993)(tammetrajlı film-tamaşa)(Aztv)-əsərin müəllifi
Həmçinin bax
Başqa Redaksiyada Əbdürrəhim bəy Əsəd bəy Haqverdiyev
Haqverdiyev Əbdürrəhim bəy Əsəd bəy oğlu
(17.05.1870 - 11.12.1933) Nasir, Dramaturq, Ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi, İlk Diplomat və Dirijor
Haqverdiyev Əbdürrəhim bəy Əsəd bəy oğlu—Azərbaycanın məşhur Nasiri, Dramaturqu, Ədəbiyyatşünası, Əməkdar incəsənət xadimi Azərbaycanın İlk Diplomatı və Dirijoru 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri Yaxınlığında olan Ağbulaq kəndində doğuluşdur. İbtidai təhsili 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa realnı məktəbində almışdır (1881-1890). Tiflis realnı məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almışdır (1891-1899). Tələbəlik dövri azad müdavim sifət ilə universitetin şərq fakültəsinin dinləyicisi olmuşdur. Onda ədəbiyyata güclü meyl oyanmışdır."Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan tifaq" (1896) əsərlərini yazmışdır. "Dağılan tifaq' (1899) Peterburqda nəşr edilmişdir. Ali təhsil alıb Şuşaya qayıtmış. burada tamaşalar təşkil etmişdir Bakıda olan rəhbərliyi ilə Şərq konsertləri verilmişdir (1902-1903), Burada ilk Hekayələrini ("Ata və oğul", “Ayin şahidliyi") yazıb İki Hekayət" adı ilə çap etdirmişdir 1905-ci il inqilabdan sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş, Peterburqa getmişdir(Azərbaycanın Birinci Diplomatların Sıralarda hesab olunur) )ada dövlət kitabxanasında yeni əsərinə (Ağa Məhəmməd şah Qaçar) materiallar toplamış. İrana-Mazandaran vilayətinə səyahət etmişdir (1907). "Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan xor və orkestri dirijoru kimi tamaşanı idarə etmişdir., "Nicat" cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət etmiş, "Ceyranəli", "Xortdan". "həkimi-nuni-səqir". "Laqlaqı". "Mozalan", "Süpürkəsaqqal" və s imzalarla "Molla Nəsrəddin" jurnalında hekayə. felyeton çap etdirmişdir Həştərxanda Yaşadığı müddət şəhərin mədəni-ictimai Həyatında ciddi çalışmışdır (1910) Sonra Ağdama köçüb orada Yaşamışdır (1911-1915). Tiflisdə "Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri" aylıq məcmuənin müdiri olmuş (1916-1917), fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilmişdir (1917). həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunmuşdur (1918) Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunmuşdur. Azərbaycan milli teatrı yaranmasının 50 illiyi münasibəti ilə keçirilən yubileyə başçılıq etmişdir Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxumuş, elmi kadrların Hazırlanmasında əlindən gələni əsirgəməmişdir. Burada yerli komitənin sədri (1922). "Azərbaycanı tədqiq və tətəbbö cəmiyyətinin sədr müavini və sonra sədri (1923-1925) olmuşdur Bu, ilk elmi-tədqiqat müəssisəsi idi. Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi fəal çalışmışdır (1924). Rusiya Elmlər Academiyasının nəzdində olan ölkəşünaslıq bürosunun beşinci elmi sessiyasında yekdilliklə akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv seçilmişdir (1924). Şərq fakültəsinin katibi (1922-1925), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1931-1932) olmuşdur. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fəxri fərmanına layiq görülmüşdür (1933) Bədii tərcümə ilə ardıcıl məşğul olmuşdur Rus, erməni və Qərbi Avropa ədəbiyyatından bir sıra qiymətli tərcümələr etmişdir onun əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur 1933-cü il dekabrın 11-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.. Görkəmli Azərbaycan yazıçısı, dramaturqu, Əməkdar Artisti, yazıçı, ilk Azərbaicanın diplomatı, və ilk Azərbaycanın dirijoru xatirələri Azərbaycanın xalqının qəlbində əbədi qalacaq.
Bir qızı Fatma xanım Haqverdiyeva (Məlik-Abbas)
Tarix: 14.01.2013 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 858 Bölmə: Şairlər və Yazıçılar