Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fərman Kərimzadə

Fərman Kərimzadə (3 mart 1937 - 17 mart 1989) — yazıçı-nasir, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, kinoredaktor, bir çox filmlərin ssenari müəllifi.

Həyatı

Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur. İbtidai təhsilini orada almış (1944-1951), orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdir (1954). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır (1955-1960).

İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi olmuşdur (1962-1965). Sonra "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, məsul katib işləmişdir (1962-1965). Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirmişdir (1965-1967). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, böyük redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966–1970), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kollegiya üzvü (1970-1977), "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri (1977-1980) olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru (1980-1981) işləmişdir.

F.Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin, "Təbriz namusu", "Qoca qartalın ölümü" və sair əsərlərin müəllifidir. F.Kərimzadə 1989-cu il mart ayinin 17-də vəfat etmişdir.

Əsərləri
1.Sonuncu eksponat. Bakı: 1961,
2.Ömrümüz-günümüz. Bakı: 1963,
3.Heykəl dilə gəlir. Bakı: 1965,
4.Qarlı aşırım. Bakı: 1971,
5.Xudafərin körpüsü. Bakı: 1982,
6.Çaldıran döyüşü. Bakı: 1988,

Yaradıcılığı

Filmoqrafiya
Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
Axırıncı aşırım (film, 1971)
Bizim küçənin oğlanları (film, 1973)
Camışçılıq (film, 1966)
Çətirimiz buludlardır (film, 1976)
Daş dözür (film, 1973)
Dərviş Parisi partladır (film, 1976)
Dörd bazar günü (film, 1975)
Mükafat, yoxsa... (film, 1980)
Oxuyur Şövkət Ələkbərova (film, 1970)
Şah və xidmətçi (film, 1976)
Tütək səsi (film, 1975)
Tütünün becərilməsi (film, 1967)
Ver verim (film, 1974)
Yağışlı havalarda (film, 1982)


Tarix: 15.01.2013 / 19:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 766 Bölmə: Şairlər və Yazıçılar
loading...