Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lev Əsgərov

Əsgərov Lev Mabudoviç - nasir, publisist, 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.[Mənbə göstərin]

Həyatı

Lev Əsgərov 1942-ci il oktyabrın 1-də Bakı yaxınlığındakı Artyom qəsəbəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra neft sənayesində fəhləlik etmişdir. Ordu sıralarında hərbi xidmətdə olmuşdur (1959-1962). İlk yazıları "Sovetskiy voin" jurnalında və "Za rodinu" qəzetində çıxmışdır. Ordudan tərxis edilib Kazan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1962-1967). "Bakinskiy raboçiy", "Trud" qəzetlərinin xüsusi müxbiri (1967-1973), Krasnovodski vilayət partiya komitəsinin birinci katibinin köməkçisi (1973-1975), Bakı Radio zavodunun "İmpuls" qəzetinin redaktoru, Ümumittifaq müəllifləri hüquq cəmiyyətinin respublika şöbəsinin rəis müavini (1976-1982), Azərbaycan Respublikası kitabsevərlər cəmiyyətinin məsul katibi (1982-1985), Dostluq Cəmiyyətində "Sovet Azərbaycanı" jurnalının baş redaktoru (1987-ci ildən) olmuşdur. Rus dilində yazıb-yaradır, hekayə, povest və məqalələri dövri mətbuatda dərc olunmuşdur. "Mavi dirəklər" (1973), "Zapiski" (1981), "Xüsusi əlaməti yoxdur" (1986) kitablarında oçerk, hekayə və povestləri toplanmışdır.


Tarix: 17.01.2013 / 10:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 227 Bölmə: Şairlər və Yazıçılar
loading...