Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Knyaz Aslan

Aslan Knyaz İlyas oğlu – publisist, şair.

Həyatı

Knyaz İlyas oğlu Aslan 1960-cı il dekabrın 25-də Gürcüstan Respublikası Dmanisi rayonunun Hamamlı kəndində anadan olub. 1968-1979-cu illərdə Hamamlı kənd orta məktəbində təhsil alıb. Orta məktəbi Qızıl medalla bitirib. 1979-1981-ci illərdə Hamamlı kənd orta məktəbində katib-kargüzar vəzifəsində işləyib. 1981-1983-cü illərdə Bakı Mədəni Maarif Texnikumunda, 1983-1988-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində, 1985-1987-ci illərdə Bakı Dövlət Universitetinin İctimai peşələr fakültəsinin jurnalistika bölməsində, 1987-1989-cu illərdə Azərbaycan Jurnalistlər Birliyi nəzdində Jurnalist Sənətkarlığı İnstitutunda, 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alib və bu təhsil müəssisələrini fərqlənmə diplomu ilə bitirib. 1990-1993-cü illərdə Bakı Dövlət Universitetinin aspiranturasında təhsil alib.

1992-1995-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində "Azərbaycan Ordusu" qəzetinin müxbiri, Məxsusi müxbirlər şöbəsinin redaktoru və "Hərbi Nəşriyyat"ın redaktoru işləyib. Döyüş tapşırıqlarını yerinə yetirmək üçün dəfələrlə ön cəbhə xəttinə göndərilib, müharibə bölgələrindən operativ yazılar hazırlayıb. Qarabağ uğrunda Ermənistanla aparılan döyüşlərin iştirakçısıdır. Qarabağ müharibəsi veteranıdır.

1988-1990-cı illərdə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasında laborant, 1993-1994-cü illərdə müəllim, 1994-2006-cı illərdə baş müəllim vəzifələrində çalışıb. 1995-2004-cü illərdə Аzərbаycаn MEA Beynəlхаlq Münаsibətlər İnstitutunun və Nizаmi аdınа Ədəbiyyаt İnstitutunun elmi işçisi оlub. 2004-cü ildə "Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. 2006-cı ildən Bakı Dövlət Universitetinin dosenti və doktorantıdır. "Azərbaycan elm, ədəbiyyat və mədəniyyət xadimləri kitab və mütaliə haqqında" mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. 2010-cu ildən pedaqogika üzrə fəlsəfə doktorudur. 2012-ci ilin yanvar ayında Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri seçilib, hazırda həmin vəzifədə çalışır.

1988-2012-ci illərdə Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsinin bakalavr pilləsində kitabxanaşünas-informator və kitabşünas-nəşriyyat işçisi-redaktor ixtisasları üzrə "Dünyа kitаbхаnаlаrı tarixi", "Oxucularla iş", "Аzərbаycаndа təhsil sisteminə kitаbхаnа xidməti", "Redaktənin əsasları" və s. fənlərdən, magistratura pilləsində isə "ABŞ və Qərbi Avropa ölkələrində kitabxana-informasiya xidmətinin müasir vəziyyəti", "Azərbaycançılıq milli ideologiyasının təbliği", "Kitabxana və nəşriyyat işinin qarşılıqlı əlaqələri", "Müxtəlif növ ədəbiyyatın redaktəsi", "Kitabın redaktə problemləri", "Müxtəlif növ ədəbiyyatın redaktəsi", "Kitab çeşidi nəzəriyyəsi və metodikası", "Mətn nəzəriyyəsi", "Müasir jurnalistikanın problemləri" və s. fənlərdən mühazirələr oxuyub. 2012-ci ildən Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasında bakalavriatura və magistratura pillələrində "Redaktənin əsasları", "Ədəbiyyat növlərinin redaktəsi", "Redaktor sənətinin aktual problemləri", "Mətn nəzəriyyəsi və təcrübəsi" və s. kimi ixtisas fənlərindən mühazirə dərsləri aparır.

1998-ci ildən Xəzər Universiteti Humanitar və Sosial Elmlər fakültəsinin dosentidir. Xəzər Universitəsində "Azərbaycan ədəbiyyatı", "Dünya uşaq ədəbiyyatı", "Azərbaycan mətbuat tarixi", "Jurnalistikaya giriş", "Jurnalistika tarixi", "Jurnalistika janrları", "Redaktə nəzəriyyəsi və təcrübəsi", "Media menecmenti" və s. fənlərdən mühazirələr oxuyur.

1979-cu ildən kütləvi informasiya vasitələrində ardıcıl çıxış edir. Müxtəlif illərdə "Bakı Universiteti", "Azərbaycan gəncləri", "Mübarizə", "Mühakimə", "Azərbaycan Ordusu", "Borçalı", "Respublika", "Elturan" ("Milli Məsələlər") kimi qəzet və jurnallarda müxbir, redaktor və baş redaktor vəzifələrində işləyib. 1983-1990-cı illərdə Аzərbаycаn Dövlət Rаdiоsunun "Gənclik" və Cənubi Аzərbаycаn redаksiyаlаrı ilə sıx əməkdaşlıq edib, silsilə verilişlər hаzırlаyıb.

1998-2008-ci illərdə Xəzər Xəbər jurnalının baş redaktor müavini vəzifəsində çalışıb.

2001-ci ildə "Cəngi" ədəbi-bədii məclisinin yaradıcılarından biri və rəhbəridir.

2007-2008-ci illərdə "Göyqurşağı" rəngli uşaq jurnalının baş redaktoru işləyib.

Hazırda "Borçalı" qəzetinin redaktoru, "Borçalı" ictimai-siyasi və bədii-publisistik jurnalının redaktoru, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbi əlaqələr" toplusunun baş redaktor müavini, Bakı Dövlət Universitetində nəşr olunan "Kitabxanaşünaslıq və informasiya" elmi-nəzəri jurnalının baş redaktor müavini, "Kitabxanaşünaslıq və biblioqrafiya" elmi-nəzəri jurnalının məsul redaktoru, "Kitabxana.az" çap və elektron jurnalının redaktoru, "Səhər" müstəqil ictimаi-siyаsi qəzetinin şöbə müdiri, "3-cü baxış" Analitik-İnformasiya Agentliyinin redaksiya heyətinin üzvüdur.

1000-ə yaxın elmi, elmi-kütləvi, ədəbi-publisistik məqalənin, 5 monoqrafiyanın, 30-a yaxın kitabın müəllifidir.

Bir çox elmi, publisist və bədii kitabların, o cümlədən monoqrafiya, dərslik və dərs vəsaitlərinin ön sözünün müəllifi, rəyçisi və redaktorudur.

Şeirlərinin bir hissəsi rus, ingilis və alman dillərinə tərcümə olunub.

Bir sıra məşhur rus şairlərin əsərlərini Azərbaycan dilinə uğurla tərcümə edib.

1989-cu ildən SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin, 1992-ci ildən Azərbaycan Aşıqlar Birliyinin, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2002-ci ildən Azərbaycan Mətbuat Şurasının üzvüdür.

2011-ci ildə Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının qərarı ilə "Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq" üzrə problem şurasına üzv seçilib.

2012-ci ildə Bakı Dövlət Universitetində yaradılmış apelyasiya komissiyasına üzv seçilib.

2012-ci ildə Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının Kitabxanaşünaslıq-informasiya və kitabşünaslıq-nəşriyyat işi bölməsinə üzv seçilib.

Azərbaycan yazıçılarının və jurnalistlərinin son qurultaylarının nümayəndəsi olub.

2001-ci ildə İran İslam Respublikasında və Rusiya Federasiyasında, 2011-ci ildə Amerika Birləşmuiş Ştatlarında işgüzar ezamiyyətlərdə olub.

Evlidir. 2 övladı var.

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı
2001 – Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən "Beynəlxalq humanitar hüquq üzrə jurnalistlərin peşə treninqi" mövzusunda seminar(Rusiya, Moskva, 19-23 sentyabr 2001)
2005 – Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universitetinin təşkilatçılığı ilə keçirilən "Tərcümə və transmilli proseslər" mövzusunda Beynəlxalq konfrans (Bakı, 14-15 aprel 2008)
2005 – Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsü (ABA-CEELI) Təşkilatının maliyyə dəstəyi ilə Şəffaflıq Azərbaycan İctimai Birliyi tərəfindən təşkil olunmuş 4 mərhələli "Jurnalistlər üçün korrupsiya ilə mübarizə məsələlərinə dair təlim kursu" mövzusunda Beynəlxalq seminar (Bakı, mart 2005)
2008 – Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı və "Qafqaz Media" ictimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Qafqaz Regionu Jurnalistlərinin İnformasiya Təşkilatları Arasında Fikir Mübadiləsinin İşlənmə Mexanizmi" mövzusunda Beynəlxalq konfrans (Bakı, 30 dekabr 2008)
2009 – Xəzər Universitəsinin təşkil etdiyi “Dünyada Yeni Oluşumlar və Türk Dünyası” mövzusunda Beynəlxalq Simpozium (Bakı, Xəzər Universitəsi, 29-31 may 2009).
2010 – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qaradağ sement” ASC-nin birgə maliyyə dəstəyi ilə "Qafqaz-Media" İctimai Birliyinin QHT-lər üçün PR menecerlərin hazırlanması üzrə təlimləri layihəsində təlimçi müəllim (Bakı, 2011).
2011 – Amerika Birləşmiş Ştattlarının Vaşinqton şəhərindəki Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) "ABŞ-ın Cənubi Qafqaz və Xəzər dənizində strategiyasına baxış" mövzusunda təşkil olunmuş Beynəlxalq konfrans (ABŞ, Vaşinqton, 18 fevral 2011).
2011 – Heydər Əliyev adına Gürcüstan Azərbaycan Tədris Unversitetində təşkil olunmuş elmi-praktik konfrans (Marneuli, 18 mart 2011).
2011 – Xəzər Universitəsinin təşkil etdiyi “Azərbaycan dünya ədəbiyyatında” mövzusunda Beynəlxalq simpozium (Bakı, 27-28 may 2011).
2011 – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Bakı Ofisinin təşkil etdiyi "Jurnalistika üzrə dövlət standartı: imkanlar və çətinliklər" mövzusunda dəyirmi masa (Bakı, 14 iyul 2011).
2011 – "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə keçirilən "Dünyanı dəyişən müasir texnologiyalar" mövzusunda Bakı Beynəlxalq Humanitar Forumu (Bakı, Bakı Dövlət Universiteti, 10-11 oktyabr 2011).
2011 – TÜRKSOY Beynəlxalq Təşkilatı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə keçirilmiş Beynəlxalq elmi konfrans (Bakı, 13-14 dekabr 2011).

Mükafatları
1977 – "Əla təhsilə görə" nişanı
1979 – Qızıl medal
1982 – Nizami Gəncəvi mükafatı laureatı
1983 – İkiqat Nizami Gəncəvi mükafatı laureatı
1985 – Azərbaycan ali məktəb tələbələrinin XIII Respublika elmi konfransının qalibi
1985 – Gənclərin və Tələbələrin XII Ümumdünya Festivalının Fəxri Fərmanı
1986 – Azərbaycan ali məktəb tələbələrinin XIV Respublika elmi konfransının Fəxri Fərmanı
1991 – "Büllur Qələm" mükafatı laureatı
1994 – Həsən bəy Zərdabi mükafatı laureatı
1994 – "Səhər" qəzeti mükafatı laureatı
1995 – Şəhriyar mükafatı laureatı
1995 – Sergey Yesenin mükafatı laureatı
2000 – Ömər Faiq Nemanzadə mükafatı laureatı
2001 – Azərbaycan Jurnalistlər Birliyinin diplomantı
2001 - Certificate of Participation. The International Committee of the Red Cross. Seminar "International Humanitarian Laü in the Professional Training of Journalists". Moscov, Russia
2002 – "Qızıl saz" mükafatı laureatı
2002 – "Qızıl kitab" mükafatı laureatı
2005 – "Peşəkar jurnalist" mükafatı laureatı
2006 – "Kamil söz ustası" mükafatı laureatı
2006 – "Mətbuatın dostu" mükafatı laureatı
2006 – Xəzər Universiteti mükafatı laureatı
2007 – Abdulla Şaiq mükafatı laureatı
2007 – "Cəsarətli qələm" mükafatı laureatı
2007 – "Qızıl qələm" mükafatı laureatı
2008 – "Müqəddəs qələm" mükafatı laureatı
2008 Şəhadətnamə. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Qafqaz-Media" İctimai Birliyinin təşkil etdiyi "Qafqaz Regionu Jurnalistlərinin İnformasiya Təşkilatları Arasında Fikir Mübadiləsinin İşlənmə Mexanizmi" mövzusunda Beynəlxalq konfransda səmərəli iştiraskına görə
2009 - Şəhadətnamə. Xəzər Universitəsinin təşkil etdiyi "Dünyada Yeni Oluşumlar və Türk Dünyası" Beynəlxalq Simpoziumunda uğurlu və fəal iştiraka görə
2010 – İran İslam Respublikası Fəcr-E Sübhan-E Muğan Beynəlxalq Şirkətinin təsis etdiyi "Ziya" mükafatı diplomantı
2010 – Heydər Əliyev adına Gürcüstan Azərbaycan Tədris Universitetinin Akademik Şurasının diplomantı
2010 – IX Beynəlxalq Folklor Festivalının (Gürcüstanın Batumi şəhəri) diplomantı
2010 – Bakı Dövlət Universitetində elan olunmuş "Universitetdaxili 50+50 qrant proqramı" layihəsinin qalibi ("Bakı Universitetinin Xəbərləri. Biblioqrafik məlumat kitabı (1991-2010)" biblioqrafik göstəricinin nəşrə hazırlanması (elektron və çap formasında)" mövzusunda layihəyə görə)
2010 - Sertifikat. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və "Qaradağ sement" ASC-nin birgə maliyyə dəstəyi ilə "Qafqaz-Media" İctimai Birliyinin QHT-lər üçün PR menecerlərin hazırlanması üzrə təlimləri müvəffəqiyyətlə keçdiyinə görə
2010 – Azərbaycan Yazıçılar Birliyinin rəsmi təbriknaməsi
2010 – "Qafqaz" mükafatı laureatı
2010 – "Ədalətli müəllim" mükafatı laureatı
2010 – "Vətən naminə" mükafatı laureatı
2010 – "Ana Yurd" mükafatı laureatı
2010 – "Səhər" mükafatı laureatı
2010 – Azərbaycan Jurnalistlər Birliyinin diplomu
2010 – Azərbaycan Mətbuat Şurasının təbriknaməsi
2010 – Bakı Futbol Federasiyasının Fəxri diplomu
2010 – "Ustad" mükafatı laureatı
2010 – "Böyük Qurtuluş" mükafatı laureatı
2011 – Официальное поздравительное письмо. Администрация Государственного Уполномоченного Губернатора в Квемо Картли. Грузия. г.Рустави. №63
2011 – Certificate. United States Department of State. Bureau of Educational and Cultural Affairs. This is to certify that Knyaz Aslan participated in the International Visitor Leadership Program on “Journalism Education in the U.S.” February 14 - March 4, 2011 Washington, D.C. 20547.
2011 – Bakı Dövlət Universitetinin Fəxri Fərmanı
2011 – Bakı Dövlət Universitetinin “İlin alimi” Fəxri ad diplomu
2011 – Xəzər Universitəsinin Fəxri Fərmanı
2011 – XI Bakı Kitab Bayramında Milli Kulturoloji Mükafatın laureatı
2011 – Şəhadətnamə. Xəzər Universitəsində təşkil edilmiş “Azərbaycan dünya ədəbiyyatında” adlı beynəlxalq simpoziumda uğurlu və fəal iştitaka görə
2011 – "Kamil sənətkar" mükafatı laureatı
2011 – "Qafqaz" mükafatı laureatı
2011 – "Qafqaz qartalı" mükafatı laureatı
2011 – Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt Şəhər Təşkilatının diplomantı
2011 – "Mütəfəkkir" mükafatı laureatı
2011 – "Jurnalist" Futbol Klubu İctimai Birliyinin Fəxri diplomu
2011 – "İstedad" mükafatı laureatı
2011 – "Yeganə Yol" Beynəlxalq ictimai-siyasi hüquq qəzetinin "Xalq ziyalısı" mükafatı laureatı
2011 – Bakı Dövlət Universitetində elan olunmuş "Universitetdaxili 50+50 qrant proqramı" layihəsinin ikiqat qalibi ("Bakı Universitetinin Xəbərləri. Biblioqrafik məlumat kitabı (1991-2010)" biblioqrafik göstəricinin nəşrə hazırlanması (elektron və çap formasında)" mövzusunda layihəyə görə)
2011 – "Ziyalı" mükafatı laureatı
2011 – "Məlhəm" mükafatı laureatı
2011 – "Qafqaz-Media" İctimai Birliyinin Fəxri Fərmanı
2011 – "Borçalı" ədəbi mükafatı laureatı
2011 – "Könül" mükafatı laureatı
2011 – "Xalq ziyalısı" mükafatı laureat
2011 – "Zərif qələm" mükafatı laureatı
2011 – Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı
2012 - "Reytinqli jurnalist" mükafatı laureatı

Tədqiqat sahəsi
Azərbaycan ədəbiyyatı;
Ədəbiyyatşünaslıq və bədii ədəbiyyatın təbliği;
Aşıq yaradıcılığı;
Dünya uşaq ədəbiyyatı;
Bədii tərcümə;
Elm, ədəbiyyat və mədəniyyət klassiklərinin həyatında kitab və mütaliə problemi;
Jurnalistika nəzəriyyəsi və təcrübəsi məsələləri;
Redaktor sənətinin aktual problemləri;
Dünya kitab və kitabxana mədəniyyəti tarixi.

Kitabları
Başkeçıd bayatıları (Şeirlər). – Bakı: Yazıçı, 1991, 64 s.
Sözün kəsəsi (Publisistik düşüncələr). – Bakı, 1994, 48 s.
Qırxıncı qapı (Şeirlər). – Bakı, 1995, 48 s.
Döyüş olsa bir əsgərdir qələmim (Məqalələr; Reportajlar; Oçerklər; Yol qeydləri; Sənədli hekayələr).–Bakı: Hərbi Nəşriyyat, 1998, 140 s.
Mənəvi ömrün başlanğıcı (Polkovnik Şahbaz Aslanov) (Xüsusi buraxılış).– Bakı: "Əbilov, Zeynalov və oğulları", 2000, 24 s.
Başkeçidin dağlarıdır bu dağlar (Şeirlər toplusu). – Bakı, 2001, 100 s.
Mənalı ömür yоlu: Abuzər Alı оğlu Хələfоv (Anadan оlmasının 70, еlmi-pеdaqоji fəaliyyətinin 50 illiyinə həsr еdilir) / Tərtib edənlər: Knyaz Aslan, Murtuz Bağırov. – Bakı: Bakı Univеrsitеti Nəşriyyatı, 2001, 230 s.
Prоfеssоr Abuzər Хələfоv – 70 ("Kitabхanaşünaslıq və bibliоqrafiya" еlmi-nəzəri və təcrübi-mеtоdik jurnalının хüsusi buraхılışı) / Tərtib edəni: Knyaz Aslan. – Bakı: Bakı Univеrsitеti Nəşriyyatı, 2001, №1, 148 s.
Barlı-bəhərli illər (BDU-nun kafеdra müdiri, dоsеnt Tacəddin Quliyеv -75) / Tərtib edəni: Knyaz Aslan. – Bakı: Bakı Univеrsitеti Nəşriyyatı, 2005, 180 s.
Kütləvi İnfоrmasiya Vasitələri: Müasir kоmmunikasiyaya giriş: VI nəşr: Dərs vəsaiti / Ray Еldоn Niеbеrt, Dоnald F.Ungurait, Thоmas W.Bоhn. İngilis dilindən tərcümə еdənlər: Хumar Hüsеynоva, Knyaz Aslan. – Bakı: Хəzər Univеrsitəsi Nəşriyyatı, 2005, 620 s.
Şəхsiyyətin fоrmalaşmasında bədii ədəbiyyatın rоlu: Mоnоqrafiya. – Bakı: Bakı Univеrsitеti Nəşriyyatı, 2005. – 300 s.
Bu dünyaya nə gətirdim… Hamlеt İsaхanlı (İsayеv): Mоnоqrafiya. – Bakı: Хəzər Univеrsitəsi Nəşriyyatı, 2005, 118 s. (V.Ömərli ilə birlikdə). http://az.wikipedia.org/wiki/H ... kitab)
Dünyа kitаbхаnаlаrının tarixi: Bakalavr təhsil pilləsi üçün proqram / Tərtib edənlər: Murtuz Bağırov, Knyaz Aslan. – Bаkı: Bаkı Univеrsitеti Nəşriyyаtı, 2005, 48 s.
Elm və təhsil fədaisi (Əməkdar elm xadimi, prof.A.A.Xələfov): Monoqrafiya. – Bаkı: Bаkı Univеrsitеti Nəşriyyаtı, 2006, 240 s.
Müdriklik və alimlik zirvəsində: Məqalələr məcmuəsi (Prof.A.Xələfov – 75) / Tərtib edənlər: Rasim Kazımov, Knyaz Aslan. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2006, 160 s.
Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu: Monoqrafiya (2-ci nəşri). – Bаkı: Bаkı Univеrsitеti Nəşriyyаtı, 2008, 324 s.
Qədim və оrtа əsrlər dünyа kitаbхаnаlаrı (Ən qədim zamanlardan XVII əsrin ortalarınadək): Dərs vəsаiti. – Bаkı: Bаkı Univеrsitеti Nəşriyyаtı, 2008, 240 s.
Dünyа kitаbхаnаlаrının tarixi (XVII əsrin ortalarından XXI əsrədək): Dərs vəsаiti. – Bаkı: Bаkı Univеrsitеti Nəşriyyаtı, 2008. – 240 s.
Аzərbаycаndа təhsil sistеminə kitаbхаnа хiməti: Dərs vəsаiti. – Bаkı: Bаkı Univеrsitеti Nəşriyyаtı, 2008. – 192 s.
Qızlar sevgi yaşında (Şeirlər). – Bakı: Qartal, 2008. – 76 s.
Dədə Camal (Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Camal Mustafayev – 80) (xatirələr, şeirlər və fotolar). Nəşrə hazırlayanlar: Knyaz Aslan, Rəşid Faxralı. – Bakı: Pedaqogika, 2008, 280 s.
Hamlet İsaxanlı – Elm və Sənət Məclisi (1-10-cu məclislər): Elmi məruzə və çıxışlar toplusu / Yazıya alanlar: Knyaz Aslan, Cabir Məmmədli. – Bakı: Xəzər Universitəsi Nəşriyyatı, 2008, 302 s. http://dspace.khazar.org/jspui ... i.pdf
Qızlar sevgi yaşında (Şeirlər). – Bakı: Qartal, 2009, 80 s.
Müxtəlif növ ədəbiyyatın redaktəsi: Magistr hazırlığı üçün proqram. – Bаkı: Bаkı Univеrsitеti Nəşriyyаtı, 2009, 24 s.
Dünyа kitаbхаnаlаrı tarixi (XVII əsrin ortalarından XXI əsrin əvvəllərinədək): Dərs vəsаiti. 2-ci nəşri. – Bаkı: Bаkı Univеrsitеti Nəşriyyаtı, 2010, 448 s.
Qədim və оrtа əsrlər dünyа kitаbхаnаlаrı (Ən qədim zamanlardan XVII əsrin ortalarınadək): Dərs vəsаiti. 2-ci nəşri. – Bаkı: Bаkı Univеrsitеti Nəşriyyаtı, 2011, 416 s.
Sevil Sultan qızı Ağabəyli: Biblioqrafiya. – Bakı, 2011, 88 s.
Üzü yaza gedən cığır: Şeirlər və poemalar. – Bakı: Qartal, 2011, 368 s.

Mənbələr
Knyaz Aslan (Qısa tərcümeyi-hal) / Teymur Əhmədov. Azərbaycan yazıçıları (Ensiklopedik məlumat kitabı). – Bakı: “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyi; “Önər” Nəşriyyatı, 1995, s.591-592.
Knyaz Aslan (Qısa tərcümeyi-hal) / Məmməd Sarvan. Borçalı alimləri (Ensiklopedik məlumat kitabı). – Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Nəşriyyatı, 2001, s.480-481.
Knyaz Aslan (Qısa tərcümeyi-hal) // Başkeçidin dağlarıdır bu dağlar (Şeirlər toplusu). – Bakı, 2001, s.24-25.
Knyaz Aslan (Qısa tərcümeyi-hal) / Sаlmаn Qаzi. Hаmаmlıdаn kеçən yоllаr (Şeirlər, ürək sözləri, ithaflar). – Bakı: “Nərgiz” nəşriyyatı, 2001, s.36-37.
Knyaz Aslan (Qısa tərcümeyi-hal) / Xudafərin (Şeirlər toplusu). – Bakı: “Araz” nəşriyyatı, 2002, s.14.
Оrхаn Əfəndizаdə. Durnа bаlаsının pоеtik kədəri (Şаir Knyаz Аslаnın “Qаnаdı qırılmış durnа bаlаsı” şеiri hаqqındа) // "Хəzər Хəbər" jurnalı, 2002, № 125, s. 29-30.
Knyаz Аslаn hаqqındа / Tаğı Hаcıyеv. Bаşkеçiddən gələn səslər: Tаriхi-еtnоqrаfik оçеrklər. – Bаkı: Nərgiz, 2005, s.14; 47; 83; 87; 89-90.
“Jurnаlistlər və mühаribə qаnunlаrı: “Silаhlı münаqişəldərin işıqlаndırılmаsı və bеynəlхаlq hüququn əsаslаrı”: Хəzər Universitetinin əməkdаşı bеynəlхаlq tədbirdə Аzərbаycаnı uğurlа təmsil еtmişdir (Knyаz Аslаnın Mоskvаdа kеçirilən bеynəlхаlq sеminаrdа iştirаkı hаqqındа) // "Хəzər Хəbər" jurnalı, 2001, № 111, s.14-15.
Knyaz Aslanın dissertasiya işinin müdafiəsi uğurla keçdi (Аzərbаycаn Rеspublikаsı Prеzidеnti yаnındа Аli Аttеstаsiyа Kоmissiyаsının 22 oktyabr 2003-cü il tarixli əmri ilə Bakı Dövlət Universitetində yaradılmış Birdəfəlik Dissertasiya Şurasının 20 fevral 2004-cü ildə keçirilmiş iclasından qeydlər) // "Kitаbхаnаşünаslıq və bibliоqrаfiyа" jurnalı, 2004, №1, s.125-143.
Şəfəq İslаmоvа. Şəхsiyyətin fоrmаlаşmаsındа bədii ədəbiyyаtın rоlu: Mаrаqlı tədqiqаt əsəri (Knyаz Аslаnın еyni аdlı еlmi tədqiqаt işinin müsbət məziyyətləri hаqqındа rеsеnziyа) // Krеdо: Müstəqil ictimаi-siyаsi, publisistik qəzеt, 25 iyun 2005, №53-54 (329-330), s.5.
Milli mətbuаtımızа sаnbаllı hədiyyə: Təqdimаt mərаsimi (АBŞ-ın Аzərbаycаn Rеspublikаsındаkı səfirliyi ilə Хəzər Universitetinin birgə lаyihəsi çərçivəsində Хumаr Hüsеynоvа və Knyаz Аslаnın Аzərbаycаn dilinə tərcümə еtdikləri “Kütləvi Infоrmаsiyа Vаsitələri: Müаsir kоmmunikаsiyаyа giriş – VI” kitаbının təqdimаt mərаsimindən qеydlər) // "Хəzər Хəbər" jurnalı, 15 sеntyаbr 2005, №193, s.4-10.
Cаbir Məmmədli. Görkəmli аlim hаqqındа əsər: Yеni kitаb (Knyаz Аslаnın və Vаhid Ömərlinin Аzərbаycаn və rus dillərində çıхmış “Bu dünyаyа nə gətirdim... Hаmlеt İsаyеv (Isахаnlı)” kitаbı hаqqındа rəy) // "Хəzər Хəbər" jurnalı, 15 оktyаbr 2005, №195, s.12.
Həmkаrımız “Qızıl Qələm” mükаfаtı lаurеаtıdır: Təbrik еdirik! (“Хəzər Хəbər” jurnаlının bаş rеdаktоr müаvini, şаir-publisist Knyаz Аslаn üst-üstə 5 mükаfаtа lаyiq görülüb) // "Хəzər Хəbər" jurnalı, 1-15 mаrt 2007, №225-226, s.42.
Camal Mustafayev. Qəlb gözəlliyi: "Yaxşı insan qəlbi gözəl olandır" (Şair Knyаz Аslаnın pоеtik yаrаdıcılığı hаqqındа söz) // "Xəzər Xəbər" jurnalı, 2001, №113, s.3-10.
Camal Mustafayev. Qəlb gözəlliyi / Knyaz Aslanın "Üzü yaza gedən cığır" adlı şeirlər və poemalar kitabına ön söz. – Bakı: Qartal, 2011, s.3-10.
Əmin Əfəndiyеv. “Göy qurşаğı” uşаqlаrа qоnаq gəlir (Knyаz Аslаnın bаş rеdаktоrluğu ilə çıхаn rəngli uşаq jurnаlı hаqqındа rəy və təkliflər) // "Krеdо" qəzeti, 17 mаrt 2007, s.2-3; Ədəbiyyat qəzeti, 20 аprel 2007, s.4.
Abuzər Xələfov. Gərgin elmi yaradıcılıq axtarışlarının uğurlu bəhrəsi / Knyaz Aslanın “Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu” (2005) adlı monoqrafiyasına ön söz. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2005, s.3-12.
Abuzər Xələfov. Kamil şəxsiyyətin yetkinləşməsi probleminin həllinə sanballı elmi töhfə / Knyaz Aslanın “Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu” (2008) adlı monoqrafiyasının 2-ci nəşrinə ön söz. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2008, s.3-12.
Dosent Aslan Knyaz İlyas oğlu. Kitablar: 511-521; Məqalələr: 522-736; Bədii və publisistik kitabları: 737-746; Dövri mətbuatda dərc olunmuş ədəbi-bədii əsərləri: 747-854; Publisistik məqalələri: 855-1010 / Kitabxanaçılıq-informasiya fakültəsi – 60: Biblioqrafik məlumat kitabı (Tərt. ed. N.İsmayılov, S.Sadıqova). – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2008, 274 s.
Razim Məmmədli. Sevgidən süzülən poeziya (Knyaz Aslanın “Qızlar sevgi yaşında” adlı şeirlər kitabına ön söz). – Bakı: Qartal, 2008, s.3-6.
“Sevgi yaşa baxmır” fikrinin daha bir təsdiqi (Knyaz Aslanın “Qızlar sevgi yaşında” kitabı haqqında düşüncələr) // Türküstan: ictimai-siyasi və bədii-publisistik qəzet, 10-16 avqust 2008, №28, s.12.
Şəhla Tahirqızı. Tanrının seçdiyi insan (Knyaz Aslanın “Qızlar sevgi yaşında” adlı şeirlər kitabı haqqında ürək sözü) // Bizim söz: Ədəbi-publisistik qəzet, 2009, №2, s.14.
Aygün Qəniyeva. Qızlar sevgi yaşında (Knyaz Aslanın “Qızlar sevgi yaşında” şeirlər kitabı haqqında oxucu sözü) // Kitаbxana.az: Müstəqil elmi, metodiki və praktiki jurnal, 2009, №1 (04), s.36-37.
Vüsal Bəxtiyar. Misraları sevgi dolu şair (Knyaz Aslanın “Qızlar sevgi yaşında” kitabı haqqında düşüncələr) // Mənim Azərbaycanım: Beynəlxalq ictimai-siyasi və ədəbi-informaiya qəzeti, Fevral, 2009, №01 (42), s.8.
Baram Allahverdiyev. Mükəmməl dərs vəsaitləri (Dosent Knyaz Aslanın “Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu” (2005; 2008) adlı monoqrafiyası, “Elm və təhsil fədaisi (Əməkdar elm xadimi, professor abuzər Xələfov)” (2006), “Azərbaycanda təhsil sisteminə kitabxana xidməti” (2007), “Qədim və orta əsrlər dünya kitabxanaları” (2008), “Dünya kitabxanalarının tarixi (XVII əsrin ortalarından XXI əsrin əvvəllərinədək)” (2008) adlı dərs vəsaitləri haqqında / Bаkı Dövlət Univеrsitеtinin nəşriyyatçılıq fəaliyyəti: Monoqrafiya. – Bakı: UniPrint, 2010, s.118-130.
Rüfət Hüseynzadə. Sevgi və məhəbbətlə yoğrulmuş misralar (Knyaz Aslanın “Qızlar sevgi yaşında” (Bakı, Qartal, 2009) şeirlər kitabı haqqında düşüncələrim) // Kitаbxana.az: Müstəqil elmi, metodiki və praktiki jurnal, 2010, №5-6 (14-15), s. 33-34.
Sahib Rzayev. Poetik duyumlar, poetik deyimlər (Knyaz Aslanın “Qızlar sevgi yaşında” şeirlər kitabı haqqında) // Kitаbxana.az: Müstəqil elmi, metodiki və praktiki jurnal, 2010, №5-6 (14-15), s.25-27.
Azərbaycan Yazıçılar Birliyinin rəsmi təbriki: Knyaz Aslan – 50 // Ədəbiyyat qəzeti, 4 fevral 2011.
Knyaz Aslanın 50 yaşına təbrik // Kitаbxanaşünаslıq və informasiya: Elmi-nəzəri və praktiki jurnal, 2011, №1 (4), s.129-132.
Mehmanəli Məmmədov, Tahir Sadıqov. Şair ömrü // Mədəni-maarif: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elmi, metodik, publisistik jurnalı, 2011, №2 (240), s.39-40.
Əli Rza Xələfli. Şair – Keygidər obrazı // “Kredo” qəzeti, 9 aprel 2011.
Əli Rza Xələfli. Kitabələr övladı haqqında dastan // “Kredo” qəzeti, 9 aprel 2011.
İmaməddin Zəkiyev. Qızıl medallı şair: Şair, publisist, alim və pedaqoq kimi şöhrətlənmiş Knyaz Aslan haqqında söz " // "Bütöv Azərbaycan" qəzeti, 18-24 iyul 2012, №24 (156), s.6.
Elbəyi Cəlaloğlu. Məhəbbət ovçusu (Şair Knyaz Aslanın 50 illik yubileyinə) // http://www.dgtyb.org/news/1343.html
Elbəyi Cəlaloğlu. Məhəbbət ovçusu (Şair Knyaz Aslanın 50 illik yubileyinə) [11 Mart 2011] // http://www.borchali.net/?cat=y ... d=223
Cavid Zeynallı. Qürur duyduğum müəllim – Knyaz Aslan // 525-ci qəzet, 18 may 2011, s.7.; http://www.anl.az/down/meqale/ ... 2.htm
Cavid Zeynallı. Qürur duyduğum müəllim – Knyaz Aslan // İcmal.az, 18.05.2011; http://www.icmal.az/Q%C3%BCrur ... .html
Kitabxanada görüş // "Mədəniyyət" qəzeti, 20 aprel 2012, s.4; http://www.anl.az/down/meqale/ ... 9.htm
Knyaz Aslanla görüş keçirildi (Fotosessiya; 19.04.2012) // http://yasamal-mks.az/296-knya ... .html
В БГУ прошло мероприятие «Всегда помнить о Ходжалы» // Новости-Азербайджан, 24.02.2012; http://www.newsazerbaijan.ru/e ... .html
Всегда помнить о Ходжалы. 24.02.2012 // http://bsu.edu.az/ru/news/vseq ... jali_
BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb // http://az.apa.az/news.php?id=252289
Zümrüd Abdullayeva. Yeni söz, yeni fikir axtarışında... (Knyaz Aslanın "Üzü yaza gedən cığır" adlı şeirlər və poemalar kitabı haqqında) // "Respublika" qəzeti, 31 oktyabr 2012, №242 (4531),


Tarix: 16.01.2013 / 20:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1651 Bölmə: Şairlər və Yazıçılar
loading...