Həyatı
Nizami Əlioğlu (Cavadov) 29 aprel 1949 - cu ildə Dəvəçi (indiki Şabran) şəhərində dəmiryolçu ailəsində anadan olub. 1966-cı ildə Dəvəçi şəhər orta məktəbini bitirdikdən sonra Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumunda (1966-1971-ci illər, həqiqi hərbi xidmət daxil olmaqla) təhsil alıb. Uzun illər dəmir yolunda müxtəlif vəzifələrdə çalışıb. Hazırda Güzdək stansiyasının rəis müavinidir. Qırx ilə yaxındır ki, respublika mətbuatında bədii və publisistik yazıları ilə çıxış edir. Ədəbi fəaliyyətə 60-ci illərin sonunda şeirlə başlayıb. Sonralar nəsr yaradıcılığı ilə məşğul olub. "Səksənim, doxsanım, yüzüm var hələ", "İlanlı ev", "Ömrə qovuşan yollar", "Ömür dastanı" kitablarının müəllifidir. Azərbaycan Yazıçılar və Jurnalistlər Bİrliklərinin üzvüdür.
Tarix: 17.01.2013 / 20:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 153 Bölmə: Şairlər və Yazıçılar