Qara Namazov, tənqidçi-ədəbiyyatşünas.
Həyatı
Qara Mustafa oğlu Namazov 8 may 1930-cu ildə Qаrаqоyunlu еlinin İcеvаn rаyоnunun Əmirxeyir kəndində аnаdаn оlmuşdur.
Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Pedaqoji fəaliyyətlə məşgul olmuş - 1966-cı ildən müasir Azərbaycan ədəbiyyatı, müasir Azərbaycan şeri, Azərbaycan uşaq ədəbiyyatı, Azərbaycan şifahi xalq ədəbiyyatı fənnlərindən dərs demişdir. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, Folklor EL-nın rəhbəridir.
30 kitabın və 300 elmi-kütləvi əsərin müəllifidir.
Elmi fəaliyyəti
1968-ci ildə "Aşıq şeirinin inkişafı tarixindən" adlı namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
1987-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsi və 1989-cu ildə professor adını almışdır.
Əsərləri
"Aşıq şeirinin inkişafı tarixindən", Bakı, 1968.
"Azərbaycan aşıq sənəti", Bakı, 1984.
"Aşıqlar" (I kitab), Bakı, "Səda", 2004.
Tarix: 16.01.2013 / 20:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 231 Bölmə: Şairlər və Yazıçılar