Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslam Ələsgər

İslam Ələsgər - filologiya elmləri namizədi

Həyatı

1925-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub.
1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Diplom işi "Aşıq Ələsgər ədəbi irsinin öyrənilməsi" olmuşdur.
1941-ci ildən Basarkeçər rayonunun Zod kəndində 48 il müəllim işləmidir. Doğma Ağkilsə kəndində dörd il kolxoz sədri də işləmişdir.
Göyçə aşıqlarının və şairlərinin şeirərini toplamış və 1956-cı ildən başlayaraq Aşıq Ələsgərin əsərlərini dəfələrlə çap etdirmiş və haqqında məqalələr yazmışdır.
1973-cü ildə "Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları" adlı namizədlik dissertasiyası müdafiə etmişdir.
1997-cı Azərbaycan Respublikası prezidenti cənab Heydər Əliyevin "Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına əsasən "Haqq aşığı Ələsgər" monoqrafiyasını yazmışdır.
Aşıq Ələsgərin nəvəsidir.
Aşıq Talıbın oğludur.

Əsərləri
"Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları" (namizədlik dissertasiyası) Bakı-1971.
"Ələsgər ocağı" Bakı. Yazıçı-1991.
"Haqq aşığı Ələsgər" Bakı. Maarif-1999. 264 səh. şəkilli. 1500 tiraj.
"Sazlı-sözlü Göyçə" Bakı, "Azərnəşr", 1999.

Məqalələri
Bir rəvayət haqqında. "Ədəbiyyat incəsənət" qəzeti. 17 iyun 1972-ci il. № 25
Aşığın yuxusu. "Ədəbiyyat" qəzeti. 5 iyun 1992-ci il.
Belə də saxtakarlıq olarmı? "Respublika" qəzeti. 1 və 8 may 1996-cı il.
Dəyirmançı aşıq. "Ədəbiyyat" qəzeti. 7 iyun 1996-cı il.
Sysa bilmədim. "Ədəbiyyat" qəzeti. 9 və 16 avqust 1996-cı il.


Tarix: 16.01.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 202 Bölmə: Şairlər və Yazıçılar
loading...