Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Firidun bəy Köçərli

Firidun bəy Köçərli — görkəmli Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist.

Həyatı

Firidun bəy Köçərli (Köçərlinski) 1863-cü il yanvarın 26-da Şuşada dünyaya gəlmişdir. 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur. 1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədi ilə bu məktəbə gəlir və bu yolla Firidun bəy öz taleyini seminariya ilə bağlamış olur. 1879-1885-ci illər ərzində o burada təhsil alır, 1895-1918-ci illər ərzində dərs deyir. 1885-ci ildə qısa müddət Firidun bəy Erivan gimnaziyasında da dərs deyir. 1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin olunur, 1918-1920-ci illərdə onun təşəbbüsü ilə həmin seminariyanın əsasında açılmış Qazax müəllimlər seminariyasının müdiri işləmişdir. Firidun bəy Köçərli Gəncə üsyanı yatırıldıqdan sonra XI Ordunun xüsusi şöbəsi tərəfindən 1920-ci ildə, əlli səkkiz yaşında güllələnərək dünyasını dəyişir. "Vətən dilinin" I hissəsinin (VII nəşr) yenidən işlənilməsində Firidun bəy Köçərlinin xidmətləri böyükdür. O, 300-dən artıq dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını dəyiş dirərək zənginləşdirmişdir. Köçərlinin "Darı və buğda" əsəri "Vətən dilinə" salınmışdır. Qeyd etmək lazımdır ki, həyat yoldaşı Badisəba xanım Vəkilovlar nəslinə mənsub idi.

Yaradıcılığı

1886-cı ildə 23 yaşlı gimnaziya müəllimi Firidun bəy Köçərli İrəvanda teatr tamaşası təşkil edir. Qori seminariyasının məzunu Firidun bəy Köçərli 1885-ci ildə İrəvana gəlmişdi. Həmin tamaşa — M. F. Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrilir. Lakin F.Köçərli, 1895-ci ildə İrəvanı tərk etmişdir. Bundan sonra teatra 18 yaşlı Yunis Nuri rəhbərlik etmişdir. 1945-ci ilə kimi – düz 50 il bu vəzifəni daşıyan Yunis Nurinin də xidmətləri teatrın unudulmaz səhifələrindəndir.

Ölümü

Liberman kabinetinə qayıdıb yanından heç vaxt ayrılmayan, milliyətcə erməni olan, kimə və nəyə, hansı ideala qulluq elədiyi bəlli olmayan Sarkis Danilyanın diktəsilə Firidun bəy haqqında saxta hökm yazdı:

4 iyun 1920-ci il, Gəncə: "Mən, iyirminci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda "Müsavat" partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir... Məttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər". Qərara alınır: müttəhim Köçərlinski güllələnsin. Təsdiq edirəm: 7№-li Xüsusi bölmənin rəisi Liberman Təsdiq edirəm: Fövqəladə komissar H.Sultanov

Əsərləri
Seçilmiş əsərləri. (Tərtib və qeydlər: Kamal Talıbzadə, Nadir Məmmədov). Bakı, 1963.
Azərbaycan ədəbiyyatı. (Transliterasiya və tərtib edəni, müqəddimə, izahlar və qeydlərin müəllifi: Ruqiyyə Qənbər qızı). I cild, Bakı, 1978.
Azərbaycan ədəbiyyatı. (Transliterasiya və tərtib edəni,izahlar və qeydlərin müəllifi: Ruqiyyə Qənbər qızı). II cild, Bakı, 1980.
Azərbaycan ədəbiyyatı. (Tərtib, müqəddimə, izah və qeydlərin müəllifi: Ruqiyyə Qənbərqızı). I cild, Bakı, 2005.
Azərbaycan ədəbiyyatı. (Tərtib, müqəddimə, izah və qeydlərin müəllifi: Ruqiyyə Qənbərqızı). II cild, Bakı, 2005.
Balalara hədiyyə. Bakı, 1987.


Tarix: 15.01.2013 / 19:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 470 Bölmə: Şairlər və Yazıçılar
loading...