Əmirov Cəmşid Cabbar oğlu - nasir, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.[Mənbə göstərin]
Həyatı
Cəmşid Əmirov 1918-ci il fevralın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirib Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna daxil olmuş (1934), eyni zamanda respublika qəzetləri ilə əməkdaşlıq etmişdir. Son kursda institutu tərk etdiyinə görə öz ixtisası üzrə (mühəndis-geoloq) işləməyə həvəs göstərməmişdir. "Azərbaycan gəncləri" qəzetində məsul katib (1937-1940), "Gənc işçi" qəzetində şöbə müdiri (1940-1941), "Bolşevik" qəzetində məsul katib (1941), "Əzizbəyovneft" şirkətində mühəndis-geoloq (1941-ci ilin mayından dekabrınadək) işləmişdir. İkinci Dünya müharibəsi zamanı ön cəbhədə Sovet Ordusu tərkibində zabit kimi Almaniya, Polşa, Çexoslovakiya, Avstriya və Çində olmuşdur.
Ordudan tərxis ediləndən sonra "Amustral"ın tikintisində fəal iştirak etmişdir. Sonra "Azərbaycan gəncləri" qəzetində şöbə müdiri, "Sovet ticarəti" (Moskva) qəzetində xüsusi müxbir, Neftnəşrdə baş redaktor, "Azərbaycan neft təsərrüfatı" jurnalında redaktor müavini, "Bakı" qəzetində şöbə müdiri işləmişdir. Bir müddət Bakı Maliyyə-kredit texnikumunda direktor (1969-1972) olmuşdur. Sonra fərdi təqaüdə çıxmışdır. "Vətən müharibəsı" (I dərəcəli), "Qırmızı ulduz" ordenləri, "Döyüşdə fərqlənməyə görə", "Köniqsberqin alınmasına görə", "Berlinin alınmasına görə", "Almaniya üzərində qələbəyə görə", "Yaponiya üzərində qələbəyə görə" medallarına layiq görülmüşdür. Ədəbi yaradıcılığa 1940-cı illərdən oçerk, felyeton və hekayələrlə başlamışdır. Onun ilk mətbu oçerki "Dəqiqələr, saniyələr..." "Azərbaycan gəncləri" qəzetinin 28 avqust 1946-cı il tarixli sayında dərc edilmişdir.
1982-ci il dekabrın 29-da vəfat etmişdir.
Polis polkovniki Çingiz Əmirovun atasıdır.
Əsərləri
1.Sahil əməliyyatı. Bakı: Uşaqgəncnəşr, 1958, 274 səh.
2.Brilliant məsələsi. Bakı: Azərnəşr, 1963, 328 səh.
3.Qara "Volqa". Bakı: Azərnəşr, 1966, 312 səh.
4.Qara "Volqa". Bakı: Azərnəşr, 1969, 312 səh.
5.Şəhər yatarkən. Bakı: Yazıçı, 1982, 200 səh.
Tarix: 14.01.2013 / 19:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 691 Bölmə: Şairlər və Yazıçılar