Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abdulla Abbas

Abbasov Abdulla Əsgər oğlu (Abdulla Abbas) — ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (1976), professor (1977).

Həyatı

Abdulla Abbas 1930-cu il martın 9-da Quba şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Quba Dövlət Müəllimlər İnstitutunda təhsil almışdır (1948-1950). Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1950-1955).

Əmək fəaliyyətinə Quba şəhər orta məktəbində müəllim kimi başlamışdır. Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olmuş (1962-1964), müasir ədəbi proses mövzusunda dissertasiya müdafiə etdiyinə görə fılologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür (1965).

Hazırda Azərbaycan Dövlət Universitetinin çağdaş Azərbaycan ədəbiyyatı kafedrasında çalışır (1970-ci ildən). Eyni zamanda Ali İctimai-Siyasi Kollecin filologiya fakültəsinin dekanıdır (1995-ci ildən). Azərbaycan ədəbiyyatı tarixinə dair mühazirələr oxuyur, elmi tədqiqatla ardıcıl məşğul olur. Uzun illər filologiya fakültəsinin ixtisaslaşdırılmış müdafıə şurasının və elmi-pedaqoji şuranın üzvü olmuşdur.

Hazırda respublika Ali Attestasiya şurasının üzvüdür (1997). Dövri mətbuatda elmi-nəzəri məqalələrlə çıxış etmişdir. Müasir yazıçılar barədə oçerklər, ədəbiyyat tarixinin az öyrənilmiş sahələri yaradıcılığında əsas yer tutur. "Üzeyir Hacıbəyovun sənətkarlığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1976). "Azərbaycan sovet ədəbiyyatı" dərsliyinin şərikli müəllifıdir (1988).

Əsərləri
Üzeyir Hacıbəyovun sənətkarlığı. Bakı: Gənclik, 1976, 140 səh.
Əbədiyyətə qovuşan sənətkar. Bakı: Yazıçı, 1985, 248 səh.
Mətbuat və ədəbiyyat. Bakı: ADU nəşriyyatı, 1986, 98 səh.
Müasir Azərbaycan dramaturgiyasının inkişaf tarixindən. Bakı: Azərnəşr, 1987, 96 səh.


Tarix: 13.01.2013 / 13:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 382 Bölmə: Şairlər və Yazıçılar
loading...