Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dinarə Gərəkməzli

Ssenari müəllifi. Kino redaktoru.

Gərəkməzli Dinarə İsa qızı - şair, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Dinarə Gərəkməzli 1948-ci il aprelin 14-də Gürcüstanın Marneuli şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1963-cü ildə ailəliklə Bakıya köçmüşlər. Burada 150 saylı şəhər orta məktəbini bitirmişdir (1966). Aparatçı, tabelçi və "Azərkitab"ın kitab bazasında fəhlə işləmişdir (1966-1969).

Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsində təhsil almışdır (1969-1974). "Molodyoj Azerbaydjana" qəzeti redaksiyasında müxbir işləmişdir (1974-1977). Hazırda "Azərbaycanfilm" studiyasında redaktor kimi çalışır (1977-ci ildən). Rus dilində yazıb-yaradır. Bədii yaradıcılığa 1967-ci ildən başlamışdır. Həmin vaxtdan şeirlərini, tərcümə və oçerklərini dövri mətbuatda, almanaxlarda çap etdirir.

Əsərləri
1.Здравствуй. Баку: Гянджлик, 1978, 29 стр.
2.Когда проснулись птицы. Баку: Язычы, 1987, 69 стр.
3.Вкус инджира. Баку:

Filmoqrafiya
Cansıxıcı əhvalat (film, 1988)
İmtahan (film, 1987)
Qətldən yeddi gün sonra (film, 1991)
Özgə vaxt (film, 1996)
Söhbətül-əsmar (film, 1994)
Süd dişinin ağrısı (film, 1987)
Şahid qız (film, 1990)
Təxribat (film, 1990)
Ümid (film, 1995)
Unudulmuş qəhrəman (film, 2005)


Tarix: 14.01.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 316 Bölmə: Şairlər və Yazıçılar
loading...