Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əli Kərim

Kərimov Əli Paşa oğlu (Əli Kərim) — şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Əli Kərim 1931-ci il martın 22-də Göyçay şəhərində fəhlə ailəsində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində üç il təhsil almışdır (1949-1951). Sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda oxumağa göndərilmişdir. Buranı fərqlənmə diplomu ilə bitirmişdir (1951-1955).

Əmək fəaliyyətinə "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi kimi başlamışdır. Sonra ömrünün sonunadək poeziya şöbəsinə rəhbərlik etmişdir. Bədii yaradıcılığa 1948-ci ildən "Azərbaycan pioneri" qəzetində çap etdirdiyi "Təzə müəllim" şerilə başlamışdır. Sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. 1957-ci ildə Moskvada keçirilən gənclərin və tələbələrin VI ümumdünya festivalında "İlk simfoniya" poeması mükafata layiq görülmüşdür.

1969-cu il iyunun 30-da Bakıda vəfat etmiş, Göyçayda dəfn olunmuşdur. Orada büstü qoyulmuşdur.

Əsərləri
İki sevgi. Bakı: Azərnəşr, 1960, 60 səh.
Həmişə səfərdə. Bakı: Azərnəşr, 1963, 63 səh.
Qızıl qanad. Bakı: Azərnəşr, 1965, 132 səh.
Qaytar ana borcunu. Bakı: Gənclik, 1970, 223 səh.
Uşaqlar və ulduzlar. Bakı: Gənclik, 1971, 71 səh.
Səfərdən sonra. Bakı: Azərnəşr, 1972, 192 səh.
Tənbəl ayı balası. Bakı: Uşaqgəncnəşr, 1973, 15 səh.
Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Azərnəşr, 1974, 407 səh.
Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1975, 185 səh.
Pillələr (roman). Bakı: Gənclik, 1978, 160 səh.
Qız və kəpənək. Bakı: Gənclik, 1979, 56 səh.
Qayıt. Bakı: Yazıçı, 1983, 288 səh.
Pillələr (roman). Bakı: Yazıçı, 1987, 262 səh.
Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Azərnəşr, 1991, 272 səh.
Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1991, 251 səh.
Mavi nəğmənin sahilində. Bakı: Yazıçı, 1991, 197 səh.


Tarix: 14.01.2013 / 20:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 415 Bölmə: Şairlər və Yazıçılar
loading...