Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tərtər hərbi təxribatı, 2008

Tərtər hərbi təxribatı - 2008-ci ilin mart ayında Ermənistan silahlı qüvvələri tərəfindən 1994-cü ildə imzalanmış Ermənistan-Azərbaycan atəşkəsin ən şiddətli pozuntusu. 2008-ci il Martın 4-də Ermənistan silahlı qüvvələri Tərtər rayonunda işğal etdikləri mövqelərdən Azərbaycan silahlı qüvvələrinin istqamətində hücuma cəhd göstərmişlər. Erməni hücumunun qarşısını alan Azərbaycan silahlı qüvvələrinin hissələri əks-hücuma keçərək, Ermənistan ordusunun işğal etdikləri bəzi hərbi mövqeləri azad etmişlər. Müdafiə Nazirliyinin məlumatına görə yaranmış hərbi münaqişə nəticəsində dörd Azərbaycanlı əsgər şəhid olub və 12 erməni əsgər məhv edilib.

"Mən sözün düzü, bilmirəm Müdafiə Nazirliyi həmin 12 nəfər adam xəbərini hardan götürüb, amma mənim məlumatıma görə, düşmən tərəfindən onlarla əsgər, ən azı 50-dən çox adam ölüb. Orada ən böyük savaş artilleriya savaşı olub. Özü də birtərəfli artilleriya savaşı olub. [1]"ANS" şirkətlər qrupunun prezidenti, müharibə reportyoru Vahid Mustafayev.

Nazir Səfər Əbiyevin əmri ilə şəhid əsgərlərimizə «Hərbi xidmətdə fərqlənməyə görə» medalı verilib. Həlak olan əsgərlərə şəhidlik statusu da şamil ediləcək. Onların ailələri şəhidlik statusunda nəzərdə tutulan bütün imtiyazları alacaq. [2]


Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan əsgərləri:

Tusayev Nemət Həbibbulla oğlu (1988-ci il təvəllüdlü, Zaqatala)
Qasımov Yusif Oruc oğlu (1988-ci il təvəllüdlü, Şəki)
İsmayılov Bəhruz Arzu oğlu (1988-ci il təvəllüdlü, Şəki)
Ceyhun Bahəddin oğlu Səfərov (1978-ci il, Bakı) [3]
Azərbaycan Silahlı Qüvvələrinin yaralanan əsgəri

Alcanov Rövşən Xəzər oğlu (1988-ci il təvəllüdlü, Qobustan) yaralanıb.


Tarix: 22.01.2015 / 18:59 Müəllif: Feriska Baxılıb: 66 Bölmə: Ümumi
loading...