Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qazançı qalası Memarlıq xüsusiyyətləri

Qalanın solsahil və sağsahil hissəsi bir – birindən sıldırım qayalardan ibarət dərin dərə ilə ayırılır; sağsahil hissəsi hündür konusvari təpə formasındadır. Məlumatlara görə təpənin zirvəsində yarımdairəvi bürclərlə möhkəmləndirilmiş qala olmuşdur. Abidənin sol sahhili iki hissədən ibarət olub, hər tərəfdən sıldırım qayalarla əhatələnmişdir. Bu hissədə yarımdairəvi bürclərin qalıqları saxlanmışdır.

Qala çoxpilləli möhtəşəm müdafiə sistemindən ibarətdir. Sədlərdən bir – birinə keçid yolu vardır. Müdafiə divarları (eni 2 – 2,5 m) yonulmuş iri daşlardan yetkin memarlıq üslubunda inşa edilmişdir. Qazançı qalasının e.ə. II minilliyin əvvəllərində Əlincəçay vadisində yaşamış iri tayfa birliklərindən birinin mərkəzi olduğu güman edilir. Qala divarlarının tikinti texnikası Oğlanqalanı təkrar edir.


Tarix: 10.01.2015 / 13:05 Müəllif: Feriska Baxılıb: 12 Bölmə: Ümumi
loading...