Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəncə üsyanı (1231)

1231-ci ildə Gəncə üsyanı xalq hərakatının ən yüksək pilləsi oldu. Sənət-kar Bəndərin başçılığı ilə gəncəlilər şəhər hakiminin sarayını ələ keçirərək şəhərdəki özbək qarnizonunu məhv etdilər. Şəhər üsyançıların əlinə keçdi. Bunu görən Cəlaləddin üsyançıalarla danışığa girib təslim olunmalarını tələb etdi. Lakin üsyançılar mübarizədən əl çəkməyərək, şəhərdən çıxdılar və sul-tan ordusuna hücum etdilər. Lakin qanlı döyüşdən sonra üsyançılar şəhərə doğru geri çəkildilər. Bunların ardınca Cəlaləddin də şəhərə soxularaq üsyanı yatırdı. 30 min nəfəri Cəlaləddin edam etdirdi, Bəndəri isə tikə-tikə doğratdı.

Cəlaləddinə qarşı baş vermiş 1231-ci il Gəncə üsyanı xalq hərəkatının ən yüksək zirvəsi oldu. Hadisələrin şahidi olan Nəsəvi yazırdı ki, Cəlaləddinin iqamətgahı olan Gəncədə xarəzmlilərin ağalığına qarşı üsyan əhvali-ruhiyyəsi çoxdan mövcud idi. Bu hərəkatda şəhər əhalisinin bir qismi (başda sənətkar Bəndər olmaqla) fəal iştirak edirdi. Gəncədə şəhər hakiminin sarayı dağıdıldı, məmurlar vəqulluqçular öldürüldü. şəhərdə olan Xarəzm hərbi hissəsi məhv edildi. Cəlaləddin üsyançılarla danışıqlara başladı, lakin bu, müsbət nəticə vermədi. Tarixçi Nəsəvinin də iştirak etdiyi səfirlər heyəti üsyançıların nümayəndələri ilə görüşüb onları itaətə çağırdı. Sonra Cəlaləddinin özü də qoşunla Gəncəyə yaxınlaşdı, şəhər ətrafındakı bağlardan birində məskən saldı. O, gəncəlilərlə danışıqlar üçün dəfələrlə elçi göndərdi, onlara əmin-amanlıq vəd etdi. Nəsəvi yazırdı ki, "bu cür vədləri eşitdikdə qayalar da yumşalardı". Gəncəlilər isə mübarizədən əlçəkmədilər. Üsyançılar şəhərdən çıxdılar və sultan ordusuna hücum etdilər. Lakin qanlı döyüşdən sonra onlar şəhərə doğru geri çəkilməli oldular. Cəlaləddin onların ardınca qala darvazasından özünü şəhərə saldı və üsyanı yatıra bildi. Üsyan başçılarından 30 nəfəri edam edildi, Bəndər isə tikə-tikə doğrandı.


Tarix: 08.01.2015 / 01:36 Müəllif: Feriska Baxılıb: 41 Bölmə: Ümumi
loading...