Sultan Əhməd Təbrizi tərk etməzdən əvvəl Şirvanşah İbrahimdən yardım istəmiş, o isə dərhal oğlu Kəyumərsin başçılığı ilə Şirvan qoşunlarını köməyə göndərmişdi. Sultan Əhmədin məğlub olduğu gün Kəyumərs Təbrizin həndəvərinə gəlib çatdı. Gecə o, Qara Yusifin qoşunlarının qəfil hücumuna məruz qalaraq əsir alındı. Qara Yusifin əmri ilə Kəyumərs Ərçiş qalasında saxlanılırdı. Şirvanşah oğlunun geri qaytarılması üçün böyük məbləğdə pul təklif etdi. [3][4] Lakin Qara Yusif Kəyumərsi təmənnasız buraxaraq, iltifat göstərdi və onunla atası Şirvanşah I İbrahimə tabe olmaq tələbi ilə məktub göndərdi. Şirvanşah, oğlu Kəyumərsin xəyanət etməsindən, atasını devirərək, Qara Yusifin vassal olmaq barədə onunla saziş bağlamasından şübhələnərək oğlunu edam etdirdi.
Tarix: 22.01.2015 / 18:51 Müəllif: Feriska Baxılıb: 44 Bölmə: Ümumi