Gülüstan qalası (Goranboy) Ümumi məlumat
Gülüstan qalası Murovdağın ətəyində, Ağdərə və Goranboy rayonlarının sərhədində, İncəçayın sahilində, dəniz səviyyəsindən 1700 m, ətraf ərazidən 200-250 m hündürlükdə yerləşir. Gədəbəydəki Qız qalası ilə eyni dövrdə inşa olunmuşdur. Qala şərq, qərb və cənub-qərb tərəflərdən sıldırımla, şimaldan meşə, cənub-şərqdən isə yamacla əhatə olunmuşdur. Qalaya yol cənub-şərq tərəfdəndir. Qala şərq-qərb istiqamətində 200-250 m, şimal-cənub istiqamətində 20-25 m uzanır. Qala divarının eni şimal və qərb tərəflərdə 0,8-0,9 m olduğu halda, cənub divarda 1,5 m-ə çatır. Qalanın içərisində bina qalıqları, ovdan vardır. Orada habelə çaya aparan gizli yol qeydə alınmışdır
Tarix: 08.01.2015 / 01:13 Müəllif: Feriska Baxılıb: 28 Bölmə: Ümumi
loading...