Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namərdqala Mövqeyi

Qalanın yerləşdiyi Söyüdlü kəndi sıx meşəli dağlar arasındadır. Bu yerlərin axar-baxarlı təbiəti, heyrətləndirici gözəl dağ landşaftı var. Kənddən 7 km aralıda zirvəsinin qeyri-adi silueti ilə bir dağ diqqəti özünə çəkir. Yaxınlaşdıqca zirvədəki memarlıq kütlələri yavaş-yavaş aydınlaşır. Qarşıda əzəmətli bir qala bu əlçatmaz yerlərdə insan əlinin möcüzəsi kimi yüksəlir. Qala əldən -ayaqdan uzaq bir yerdə, çox ağır dağ şəraitində tikilmişdir. Dağ qalalarının çoxunda olduğu kimi bu qalalı dağ da silsilədə ada vəziyyəti tutur. Dağın ətəklərini iki yandan Şəmkir və Mis çayları yuyur.


Tarix: 10.01.2015 / 12:58 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Ümumi
loading...