Kəyumərs Dərbəndi
Həyatı
Atası onu Cəlairilərin qaraqoyunlulara qarşı mübarizəsində dəstək olmaq üçün Təbrizə göndərir . Sultan Əhmədin məğlub olduğu gün Kəyumərs Təbrizin həndəvərinə gəlib çatır. Gecə o, Qara Yusifin qoşunlarının qəfil hücumuna məruz qalaraq əsir alınır. Qara Yusifin əmri ilə Kəyumərs Ərciş qalasında saxlanılırdı. Şirvanşah oğlunun geri qaytarılması üçün böyük məbləğdə pul təklif etir. Lakin Qara Yusif Kəyumərsi təmənnasız buraxaraq, hədsiz iltifat göstərir və onunla atası Şeyx İbrahimə tabe olmaq tələbi ilə məktub göndərir. Şirvanşah Kəyumərsin xəyanət etməsindən, atasını devirərək, Qara Yusifin vassal olmaq barədə onunla saziş bağlamasından şübhələnərək oğlunu edam etdirir.
Tarix: 08.01.2015 / 02:13 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Ümumi
loading...