Mazutlu konstitusiya Həmkarlar ittifaqları əsrin əvvəlində, Birinci rus inqilabı dövrü yarandı. Məhz həmin vaxt ağır həyat və əmək şəraiti səbəbindən işçilər, öz maraqlarını müdafiyə etmək və iqtisadi, sosial və məişət həyatlarıın yaxşılaşdırılması üçün, təşkil olunmuş kollektiv hərəkətlər ehtiyacını dərk etməyə başladılar. 1904-cü ilin dekabrında Bakıda möhtəşəm tətil baş verir. İkihəftəlik tətil əsnasında 225 buruq yandırılır. 1904- cü ilin dekabrında neft hasilatı 30 mln pud aşağı düşür. Azmış kimi, hadisələr Bakı neftinin ixrac məntəqəsi olan Batuma ötürülür. 1904-cü il Bakı neft mədənləri fəhlələrinin ümumi tətili vaxtı neft sənayeçiləri və fəhlələrin nümayındələri , fəhlələrin irəli sürdüyü şərtləri barədə uzun-uzadı danışıqlar aparırdılar. Hər iki tərəf , 1904-cü ilin 19 dekabrında Elektrik qüvvə(Elektriçeskaya sila) zavodunda razılaşanda, neft sənayeçilərinin , ağ neft zavodçularının və podryad qazma işləri ilə məşğul olan şirkətlərin ümumi yığıncaqının qərarına əsasən, Bakı neft sənayeçiləri qurultayının Şurası usta və fəhlələrin diqqətinə Bakı fəhlələrinin neft sənayeçiləri ilə Mazutlu konstitusiya adlandırılan Kollektiv sazişini çatdırdı. Tətil nəticəsində fəhlələrlə neft sənayeçiləri arasında bağlanan kollektiv müqavilə Rusiya imperiyasının işçi hərəkatı tarixində ilk kollektiv müqavilə idi. Kollektiv müqavilətə əsasən neft sənayeçilərinin fəhlələrə ümumi güzəştləri, aylıq 150 min rubl, illik isə 2 mln rubla yaxın idi. Hər mədəndə fəhlələrdən, sahibkarların kollektiv müqaviləyə görə götürdüyü öhdəliklərin yerinə yetirilməsini güdən mədən komisiyası yaradılmışdı. Bu komisiyalar 1905-1906-cı ildə yaranan həmkarlar təşkilatlarının əsasını qoydular. Məhz həmin komisiyalar vasitəsi ilə mədənlərdə və zavodlarda fəhlələrin həmkarlara cəlb edilməsi işi aparılırdı. Bakılıların uğuru barədə xəbər geniş yayıldı. 1905-ci ilin oktyabr-noyabrında Rusiya imperiyasının bir çox şəhərlərində həmkarlar təşkilatları yaranmağa başladı. Dəmiryolçular, tekstil və kimya istehsalı həmkarları yaradıldı. Öz həmkarlar ittifaqlarının yaradılması barədə Bakı neftçiləri 1906-cı ilin əvvəlində qərar verdilər. Həmkarlar ittifaqının yaradılmasının əsasında Məmmədhəsən Adıgözəlov, Qazi Məhəmməd, Yefimov və başqaları dururdular. Həmkarların yaranması kəskin müzakirələrin nəticəsi idi. Neftçi –fəhlələrin radikal qanadı peşəsindən və millətindən asılı olmayaraq vahid həmkarlar təşkilatı yaratmaq istəyirdilər. Başqaları , sex prinsipinə görə üç kiçik ittifaq: qazmaçılar, emalçılar və mexaniki zavodlar və emalatxanaların fəhlələrinin ittifaqını yaratmağı təklif edirdilər. Bəziləri ittifaqların milliyətlərə görə təşkil olunmasının tətərfdarı idi. Bu prosesin əsası, sex əlamətinə görə, Mexaniki istehsal fəhlələrinin Şurası yaradılanda 1906-cı ilin yayında qoyuldu. Sonra boilermaker(qaynarçı) və jelonşiklər ittifaqları yarandı. Eyni zamanda şirkətlər üzrə də ittifaqların yaradılması işi gedirdi. Beləliklə eyni mədəndən olan fəhlələr bir neçə ittifaqa aid idi.
Tarix: 08.01.2015 / 02:29 Müəllif: Feriska Baxılıb: 67 Bölmə: Ümumi