Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Avesta Məzmunu

İ.Purdavudun yazdığına görə Avesta, o cümlədən qatların məzmunu xoşniyyət, xeyirxalıq və bunlara əməl etməkdən ibarətdir.

Qatlarda deyilir: "Biz o şəxsə hörmət edirik ki,o,birinci dəfə Zərdüştün beş duasını müqəddəs sayıb onu oxusun."

Bu ideologiya məzdəizmi qəbul edənlərin əlində Əhrimənə qarşı mübarizədə ən gözəl silahdır. Onlara görə dünyada xeyir ilə şər mövcuddur. Xeyiri seçmək və şərə qrşı mübarizə aparmaq hər bir fərdin şərəfli borcu olmalıdır. Zərdüştə görə bu şüar insanları müdafiə etməli və axirətdə hesabat vaxtı isə onlara bəraət qazandırmalıdır.

Dinkorda görə böyük hökmdar Ərədşir Avestanın toplanmasını herbdane-herbud Tanserə tapşırdı. Tanser həmin dövrün ən görkəmli alimlərindən biri idi. Bu haqqda Məsudi deyir: "O, asılı dövlətlər sisteminin əmirlərindən biri, atası isə fars hakimi idi. Lakin Tanser zahidliyi və pəhrizkarlığı üstün tutaraq, hakimiyyətdən əl çəkdi."

Qeyd edilməlidir ki, İ.Purdavud bütün əsərlərində birmənalı olaraq Avestanın Şimal-Qərb dilində (sonralar Atropaten dili adlanan atropatenlilərin dilinin qədim türk dilinə yaxın olması lakin fars dillərinin təsirinə məruz qalması sübut edilmişdir) yazıldığını iddia edir. Lakin bir çox alimlər onun bu barədə gətirdiyi faktları qənaətbəxş hesab etmirlər. İqrar Əliyevin fikrincə Avestanı nə İranın Şərqinə, nə də Qərbinə aid etmək düzgün deyildir. Çünki, Avestanı İranda yaşayan bütün millətlərin ortaq mədəniyyəti kimi qəbul etmək daha məqsədəuyğundur.

İ.Purdavud tərəfindən 1928-ci ildə Bombeydə çapa hazırlanmış Xurda-Avesta da mühüm elmi əhəmiyyətə malikdir.

Abdulla Fazili qeyd edir ki, tarixşünaslıq sahəsində Avestanın dini mahiyyət daşımasına baxmayaraq onu bir sıra qədim xalqların, o cümlədən Azərbaycan xalqının mədəniyyəti, adət və ənənəsi, tarix və coğrafiyaşünaslığını özündə əks etdirən yeganə külliyatı adlandırmaq olar.

İran ədəbiyyatçılarından Məhəmməd Müin də bir sıra əsərlərini avestaşünaslığa həsr etmişdir. M.Müin odun əhəmiyyətini qeyd etdikdən sonra belə bir nəticəyə gəlir ki: "Arilər oda başqa tayfalardan daha artıq hörmət edirdilər. Ümumiyyətlə, mənbələrin göstərdiyinə görə, od müxtəlif dini əqidələrə malik olan insanların həyatında da mühüm rol oynamışdır." İranın geniş ərazilərində və Güney Azərbaycan ərazisində yaşayan Azərbaycan türklərinin də həyatında od mühüm yer tutsa da onlar arasında daha çox Tanrıçılıq yayılmışdı.


Oda sitayiş bölməsi, məhz Azər tanrısına sitayişə həsr olunmuşdur. Avestada Azər Məzdanın oğlu kimi verilmişdir. "Zamyad yəşt"in 46-50-ci bölmələrində Azər tanrısı Ajidihakın rəqibi sayılır: Spitmanın isə Azəri Ajidihaka qarşı qoymasında məqsədi şahlığa nail olmasıdır. "Fərvərdin yəşt"in 77-78-ci bölmələrində göstərildiyinə görə Əhrimən (şər) xeyirə (əşa) qarşı qiyam etdikdə, Homan və Azər birləşərək onu məğlub etmişlər.

Avestanın dili haqqında M.Müin yazır: "Sasani dövründə tərirb edilib,bizə gəlib çatan Avestanın məzmunu Zərdüştün dini ayinlərinin külliyyatından ibarətdir. Avestanın yazıldığı dil isə Avesta dili adı ilə məşhurdur."

İlkin Avestanın yazıldığı dil Sasanilər, habelə Parfiya dövründə artıq işlənmirdi. Dilçilərin tədqiqatına görə Avestanın dili İran dilləri qrupuna daxildir. M.Müin Avestanın dilini Bəlx, Midiya və Skif dili adlandıranların nəzəriyyələrini rədd edir və onu Avesta dili adlandırır. Sonrakı tədqiqatlar M.Müinin bu münasibətinin haqlı olduğunu sübut etdi. Belə ki ,aparılan kompleks tədqiqatlar nəticəsində Midiya dili (madayların dili) və skif dilinin qədim türk dillərindən olması və madayların və skiflərin dəqim türk etnosları olmasını sübut etdi.

M.Müin Avestanın dövrü haqqında bildirir ki, Avestanın qədim dövrünü düzgün təyin etmək üçün Zərdüştün yaşadığı dövrü düzgün müəyyənləşdirmək lazımdır. Lakin Zərdüştün dövrü dəqiq müəyyənləşdirilmədiyinə görə Avestanın da dövrü dumanlıdır. O,yazır: "Avestanın dövrünü təqribən eramızdan əvvəl VII əsr (660-cı il) götürmüş olsaq, belə bir nəticəyə gəlmək olar ki, bu kitab hindlilərin Riqvida və yəhudilərin Tövratından sonra dünyanın ən qədim kitablarından biridir."

M.Müin Bartolomeyə istinad edərək göstərir: "Qatların dili, onda olan dövrün izləri bir daha sübut edir ki, Avesta ilə Riqvidanın yazılmış olduğu dövr arasında o qədər də fasilə olmamışdır. İkinci bir tərəfdən qatların dili və üslubu da onun qədim olduğunu göstərən əsas faktdır. Lakin bu heç də o demək deyil ki, Avestann digər hissələri qədim dövrün abidələri deyil."

Avestada dəfələrlə madayların adı çəkilsə də farsların adına təsadüf edilmir. Avestada İran ölkəsi Ariya adlandırılır. Ariya ölkəsi yalnız Hörmüz körfəzi (Fars körfəzi) ətrafı ərazini əhatə edirdi və arilər (irandillilər) də yalnız bu ərazidə yaşayırdılar. Onların məskun olduğu yerlərdən Şimalda isə Azərbaycan türklərinin ulu əcdadları olan müxtəlif türk mənşəli etnoslar yaşayırdılar. Arilər həmin dövrdə mübadilə (dəyişmə) üsulu ilə ticarət edir,hələ də sikkə pulun nə olduğunu bilmirdilər. Bununla bərabər onlar yerli əhalinin mədəniyyətini və adət-ənənələrini mənmsəməyə çalışrdılar. Arilərdə odu müdafiə edənlərin (atrobanların) haqqı isə natural şəkildə ödənilirdi.

Avestanın bizə gəlib çatmış hissələri aşağıdakılardan ibarətdir:

Getha (Qatlar)
Yəsna
Vidivdad (Vəndidad)
Yəşt
Xurda Avesta
Məzdəkilər hərəkatının banisi Zərdüşt ilk dəfə öz ideologiyasını və onun qayda-qanunlarını şer formasında təriqətçilərin və müridləri arasında yayaraq onları təbliğ etməyə başlamışdır.Öz növbəsində təriqətçilər və habelə şagirdlər də onun nəğmə və dualarına oxşar dualar və nəğmələr hazırlamışlar.

Nə qədər dini xarakter daşısa da Avesta Azərbaycan eləcə də bir çox Şər ölkələrinin qədim tarixi haqqında ən mühüm tarixi mənbələrdən biri, nəhəng ədəbi abidədir.


Tarix: 10.01.2015 / 12:54 Müəllif: Feriska Baxılıb: 198 Bölmə: Ümumi
loading...