Qarabağ atlı alayının döyüş tarixi
1826-cı il dekabrın 28-də rus qoşunlarının bir dəstəsi general-leytenant Madatovun komandanlığı ilə Araz çayını keçdi. Bu dəstənin içində Qarabağ və Şirvan atlıları da var idi. Bu qoşun Meşkin qəzasında olduğu zaman Meşkin qəzasının hakimi şahsevənli Əta xan, Şeqaqi xalqının nümayəndələri, Qarabağ xanlığının hörmətli ağsaqqalları və qaraqoyunlu Məhəmməd xanın Qaradağda yaşayan oğlu knyaz Madatovun yanına gələrək rus himayəsi altma alınmalarını xahiş etdilər. Rus qoşunlarının bu dəstəsi 1827-ci il yanvarın 16-na qədər Qaradağ xanlığında qaldı və sonra Arazı keçərək Qarabağa qayıtdı.
Tarix: 08.01.2015 / 13:49 Müəllif: Feriska Baxılıb: 26 Bölmə: Ümumi
loading...